XARİCİ SİYASƏTDƏ "QONŞULARLA SIFIR PROBLEM" STRATEGİYASININ MÜƏLLİFİ OLAN ƏHMƏD DAVUDOĞLUNUN İLK QONAĞI İSƏ AZƏRBAYCAN XİN BAŞÇISININ MÜAVİNİ OLUB
Türkiyə hökumətində ötən həftəsonu baş vermiş dəyişikliklər sırasında Azərbaycan üçün ən çox maraq doğuranı, heç şübhəsiz ki, bu ölkənin xarici işlər nazirinin yenisi ilə əvəz olunmasıdır. Çünki son dönəmdə Azərbaycan-Türkiyə münasibətlərində boy göstərən məlum proseslər məhz xarici siyasət sahəsini əhatə edir. Türkiyə ilə Ermənistan arasındakı dialoq sürəcinin son bir neçə ayda gəldiyi nöqtənin (22 apreldə bəyan edilən "yol xəritəsi") Azərbaycanda yaratdığı rezonans da ümumən hər kəsə bəllidir. Bu baxımdan qardaş ölkənin xarici siyasət idarəsinin rəhbərliyinə məhz bu dialoq sürəcin müəllifi sayılan şəxsin gətirilməsi diqqətəlayiq hadisədir.
Qeyd etmək lazımdır ki, son illərdə Türkiyədən daha çox onun xaricində, beynəlxalq siyasi dairələrdə tanınan, baş nazir Rəcəb Tayyib Ərdoğanın xarici siyasət üzrə baş müşaviri olan Əhməd Davudoğlunun XİN rəhbəri postuna gətiriləcəyi xeyli vaxtdır gündəmdə idi. Odur ki, baş nazir Ərdoğanın mayın 1-də axşam elan etdiyi yenilənmiş hökumət kabineti siyahısında Davudoğunun yer alması heç kim üçün sürpriz olmadı.
Çünki, bir çoxlarının qeyd etdiyi kimi, onsuz da son illərdə Türkiyənin (AKP hökumətinin) xarici siyasəti əsas etibarilə məhz professor Davudoğlunun müəllifi olduğu xətlər üzərində həyata keçirilməkdə idi.
Bu baxımdan, yenə bir çoxlarına görə, XİN başçısı postunda keçici sayılan Əli Babacanın yerini Davudoğluna verəcəyi yəqin idi.
Yeri gəlmişkən, iki ilə yaxın (2007-ci ilin avqustunda XİN rəhbəri Abdullah Gül prezident seçildikdən sonra) xarici işlər naziri postunu tutmuş, ondan öncə isə hökumətdə Avropa Birliyi ilə əlaqələr üzrə dövlət naziri olmuş Babacan yenilənmiş kabinetdə daha yüksək vəzifəyə - iqtisadiyyat üzrə dövlət naziri və baş nazirin müavini vəzifəsinə layiq görülüb. Xatırladaq ki, Babacanın hökumətdə ilk vəzifəsi də elə iqtisadiyyat üzrə dövlət naziri postu olmuşdu. İndi isə o, baş nazirin müavini kimi bütövlükdə iqtisadi sektoru kurasiya edəcək.
Yeni XİN rəhbəri Davudoğluna gəldikdə isə, o, şənbə günü (2 may) nazirlikdə keçirilən təhvil-təslim mərasimində etdiyi qısa nitqində bəzi məqamları önə çəkib. Davudoğlu Türkiyənin son dönəmdə həm regional, həm də beynəlxalq miqyasda yeritdiyi aktiv xarici siyasətin daha geniş biçimdə davam edəcəyini, o cümlədən "qonşularla sıfır problem" strategiyasının daha da dərinləşdiriləcəyini nəzərə çatdırıb.
Yeni nazir vurğulayıb ki, Türkiyənin bütün qonşuları ilə sülh içində olması, regional sülh və sabitliyin təmin olunmasında daha aktiv rol alması onun dünyadakı gücünə də əlavə zəmin yaratmış olur. Onun sözlərinə görə, Atatürkün bəyan etdiyi "Yurdda sülh, cahanda sülh" ideyası da mahiyyət etibarilə bunu nəzərdə tutur.
Qeyd edək ki, Davudoğlu Türkiyə diplomatiyasında axır vaxtlar tez-tez hallandırılan "qonşularla sıfır problem" strategiyasının müəllifi sayılır. Son dönəmdə Türkiyənin Ermənistanla başlatdığı dialoq sürəci də bu strategiyanın mühüm tərkib hissəsidir. Sözügedən strategiyaya görə, Türkiyənin beynəlxalq miqyasda güclü oyunçu rolunu alması üçün, ilk növbədə, qonşuları ilə mövcud problemləri çözməsi, özünü regional güc və nüfuz sahibi kimi təsdiqləməsi zəruri şərtdir.
Davudoğlunun xarici siyasətə dair bu təməl baxışları onun hələ 1992-ci ildə yazdığı "Strateji dərinlik" kitabında əksini tapıb. Davudoğluna görə, Türkiyənin xarici siyasəti dörd əsas xətt, təməl prinsip üzərində qurulmalıdır: 1) Türkiyənin geosiyasi oxların arasında tərəf deyil, mərkəz ölkə olması; 2) Qonşu ölkələrlə "sıfır problem" siyasətinin yeridilməsi; 3) Çoxölçülü xarici siyasət; 4) Siyasi çəkişmələrdə iqtisadi praqmatizmin, iqtisadi gerçəklərin prioritet sayılması.
Bu baxımdan Türkiyənin son illərdə ərəb dünyası ilə münasibətlərini gücləndirməsi, o cümlədən Suriya ilə kifayət qədər dərin olan problemlərin çözülməsi, Ankaranın Suriya ilə İsrail arasında danışıqlarda vasitəçilik etməsi, habelə Türkiyənin Fələstin probleminə diqqətini artırması, PKK faktoru ilə ciddi böhran keçirən Türkiyə-İraq qismən münasibətlərinin sahmanlanması, türk xarici siyasətinin Afrikaya açılması və s. sözügedən strategiyanın əsas vektorlarını təşkil edir.
Təsadüfi deyil ki, Davudoğlunun Türkiyə XİN başçısı təyin edilməsi beynəlxalq dairələrdə, özəlliklə ərəb dünyasında geniş rezonans yaradıb. Əksər ərəb media vasitələri bunu Türkiyənin regional və beynəlxalq aləmdə daha aktiv rol alacağının göstəricisi kimi nəzərdən keçirirlər. "Əl-Cəzirə" televiziyası son dönəmdə Türkiyənin Suriya, İranla münasibətlərində yeni açılımları, Qafqaz siyasətində yeni konturlar və özəlliklə Ermənistanla münasibətlərin yoluna qoyulması siyasətinin altında "Davudoğlunun imzasının olduğunu" qeyd edir.
Bir sözlə, son illərdə adı Türkiyə xarici siyasətinin "patronu", "beyin mərkəzi" kimi adı hey hallandırılan Davudoğlu artıq diplomatik kulislərdən bilavasitə idarəçilik arenasına çıxıb və onun nazirliyi dövründə Türkiyə diplomatiyasının nə əldə edib-etməyəcəyini bərabər görəcəyik. Eyni zamanda, o da bir gerçəkdir ki, nəzəriyyədə, akademik çevrələrdə, kitab səhifələrində bəyan edilən fikir və ideyalar heç də həmişə praktik müstəvidə, o sıradan diplomatiyada real olaraq əksini tapmır.
Bu sıraya Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq yolunda başladığı fəal diplomatiya sürəcini də aid etmək gərəkdir. Çünki diplomatiya bütün hallarda ən azı ikitərəfli yoldur. Yəni Türkiyənin nümayiş etdirdiyi xoşgörü siyasətinə Ermənistan tərəfdən adekvat qarşılıq olmasa, bu sürəcin irəliləməsi, sadəcə, mümkün deyil. Üstəlik Türkiyə diplomatiyası bu prosesdə digər önəmli bir məqamı, Azərbaycanla münasibətləri heç vəchlə gözardı edə bilməz və etməz.
Odur ki, nəticə etibarilə Ankaranın Yerevanla dialoq sürəci əslində Bakının da içində yer aldığı bir prosesdir. Hər nə qədər biz (Azərbaycan) rəsmi olaraq bəyan etsək də ki, Türkiyənin siyasətinə müdaxilə etmək niyyətində deyilik, biz faktiki olaraq bu prosesdə varıq. Və bunu Türkiyə də gözəl başa düşür, elə Türkiyə ilə dialoqda Azərbaycan faktorunu hər vəchlə çıxdaş etməyə çalışan erməni tərəfi də dərk edir. Odur ki, zahirən münasibətlərdə bir sərinlik havası sezilsə belə, həm Azərbaycanın, həm də Türkiyənin atacağı kritik addımlar öncəsi bir-birilə məsləhətləşməsi qaçılmazdır.
Təsadüfi deyil ki, Türkiyənin yeni xarici işlər naziri Davudoğlunun bu vəzifədə qəbul etdiyi ilk qonaq da Azərbaycandan oldu. Dünən Ankaraya səfər edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Türkiyənin yeni XİN rəhbəri ilə görüşüb. Görüş barədə KİV-ə rəsmi açıqlama verilməsə də, onun müzakirə predmeti ümumən bəllidir.
Qeyd edək ki, qarşıdakı günlərdə həm Azərbaycan, həm də Türkiyə üçün xarici siyasət trafiki çox sıx olacaq. Mayın 7-də Praqada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq. Ertəsi gün isə Praqadakı enerji sammitində Azərbaycan və Türkiyə rəhbərlərininin, habelə tamamilə mümkündür ki, Türkiyə və Ermənistan rəhbərlərinin də görüşü keçirilsin. Bunun ardınca Türkiyə baş nazirinin Bakıya, sonra isə Rusiyaya (16 may) işgüzar səfərləri olacaq.
Vüqar ORXAN
4 Mayıs 2009 Pazartesi
TÜRKİYƏ MƏTBUATI: ƏRDOĞAN AZƏRBAYCAN PREZİDENTİNƏ ZƏNG VURUB
Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan mayın 2-də Azərbaycan prezidenti İlahm Əliyevlə telefonla danışıb. Bu məlumat “Milliyet” qəzetinin tanınmış, Türkiyə iqtidarına yaxın köşə yazarı Taha Akyolun bugünkü yazısında əksini tapıb. Yazıda bildirilir ki, Ərdoğan yaxın zamanlarda Azərbaycana səfər edəcək.
Yaxın-uzaq ölkələrin liderləri Azərbaycanın dövlət başçısına zəng vurarkən prezidentin mətbuat xidməti rəsmi məlumat yayır. Ancaq bu instansiya mayın 2-də Rəcəb Teyyub Ərdoğanın İlham Əliyevlə telefonla danışması haqda hər hansı xəbər verməyib.
«Media forum»

SEPAH”ın KEÇMİŞ KOMANDANI: “ƏHMƏDİNEJADIN GETDİYİ YOL UÇURUMA DOĞRUDUR”
İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, prezidentliyə namizəd Möhsün Rzayi jurnalistlərə açıqlamasında prezident Mahmud Əhmədinejadın xarici və iqtisadi siyasətini kəskin tənqid edib.
“Media forum” saytının məlumatına görə, M.Rzayi Əhmədinejadın siyasətinin iflasa uğradığını deyib: “Əhmədinejadın getdiyi yol uçuruma doğrudur”.
M.Rzayi prezident seçiləcəyi təqdirdə Əhmədinejada da vəzifə verəcəyini bildirib: “Seçkidə qalib gəlsəm, Əhmədinejada qabiliyyətinə uyğun nazirliklərin birində iş verəcəm”.
Rzayi Əhmədinejadın xarici siyasətinə də toxunub: “Biz ABŞ prezidentinə cavabsız qalan məktublar yazmamalıyıq. Neft və qazdan əldə edilmiş 340 milyard dolların haraya və necə xərclənməsinə cavabdeh olmalıyıq. Biz xarici siyasətdə öz güc və istiqlalımıza təkid etməklə ABŞ-la əlaqələr yarada bilərik”.
Prezident seçiləcəyi təqdirdə mühafizəkarlarla islahatçılardan ibarət koalisiya hökuməti yaradacağını bildirən Rzayi əsgərlik müddətini 2 ildən 1 ilə endirəcəyini vurğulayıb: “Əvəzində silahlı qüvvələrin ehtiyacını təmin etmək üçün üç illik və beş illik müqavilələr əsasında peşəkar əsgərlər və hərbçiləri işə cəlb edəcəyəm”.
İranda prezident seçkisi 2009-cu il iyunun 12-də keçiriləcək.

Türkiyədə hökumətin tərkibi dəyişdirilib
Mayın 1-i axşam prezident Abdullah Güllə görüşəndən sonra Baş nazir Rəcəb Tayyib Ərdoğan hökumətdəki dəyişiklikləri mediaya açıqladı. Ərdoğan özünün xarici məsələlər üzrə müşaviri, professor Ahmet Davutoğlunun xarici işlər naziri vəzifəsinə gətirildiyini bildirib. Bundan əvvəl həmin vəzifəni icra edən Əli Babacan baş nazirin iqtisadiyyata cavabdeh müavini vəzifəsinə təyin edilib. Baş nazir bundan sonra iqtisadi məsələlərin koordinasiyasının bütünlüklə Əli Babacana veriləcəyini deyib.
Parlamentin keçmiş sədri Bülent Arınça da baş nazirin müavini vəzifəsi verilib. 60-cı Ərdoğan hökumətindəki yenilənmə nəticəsində doqquz yeni ad hökumətdə yer alıb.
Səkkiz nazir isə vəzifəsini itirib. Tayyip Ərdoğana yaxınlığı ilə tanınan Ədliyyə naziri Mehmet Əli Şahin, Milli Təhsil naziri Hüseyin Çelik və Enerji və Təbii Ehtiyatlar naziri Hilmi Güler kreslolarına vida ediblər.
Baş nazir Ərdoğan hökumətdəki dəyişikliyin ölkə idarəçiliyinə yeni ab-hava gətirmək məqsədi daşıdığını vurğulayıb.
Türkiyənin 60-cı hökuməti 2007-ci ilin avqustunda qurulub.Tayyip Ərdoğan isə 2003-cü ilin avqustundan bəri baş nazirdir.

Əhmədinecatın müşaviri Naxçıvanda olub
İran İslam Respublikası (İİR) prezidentinin müşaviri, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Müstəfəvi Naxçıvan Muxtar Respublikasında (MR) səfərdə olub. APA-nın yerli bürosunun məlumatına görə, səfər çərçivəsində qonaq Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.
Görüşdə MR Ali Məclisi sədri Azərbaycan və İran arasında davam edən əməkdaşlıq, qonşuluq siyasətindən danışaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İİR-in yaxın vilayətləri arasında qarşılıqlı əlaqələrin də hər iki ölkənin mənafeyinə xidmət etdiyini qeyd edib. İİR prezidentinin müşaviri, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Müstəfəvi öz növbəsində Azərbaycanla İran arasında teatr, incəsənət, musiqi, kitab nəşri, tərcümə və digər sahələrə aid geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb, hər iki ölkənin ali məktəb tələbələri arasında təcrübə mübadiləsinin, kursların təşkil olunmasını ölkələrimizin mənafeyinə xidmət etdiyini bildirib.
Görüşdə İİR-lə Naxçıvan MR arasında elm təhsil, mədəniyyət, turizm, idman və digər sahələrdəki mövcud əlaqələrin daha da genişləndirilməsinin hər iki tərəf üçün faydalı olduğu vurğulanıb.

AZƏRBAYCANDA UŞAQ MUZEYİ YARADILACAQ
Azərbaycanda uşaq muzeyi yaradılacaq. Muzey Mədəniyyət və turizm nazirliyi və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin birgə dəstəyi ilə yaradılacaq. Bununla bağlı bir sıra ölkələrdən mütəxəssislər ölkəmizə dəvət olunub. Rusiyadan gələn muzeyşünas və uşaq muzeylərinin yaradılması işi üzrə baş mütəxəssis Lyudimila Savçenko sözügedən məsələ ilə əlaqədar keçirilən tədbirdə çıxış edərək Rusiyada və Avropada uşaq muzeyləri, tarixi və təcrübəsi haqda bilgilərini azərbaycanlı həmkarları ilə bölüşüb. İki gün davam edəcək tədbirdə, həmçinin Beynəlxalq Muzeylər Şurasına daxil olan bir sıra ölkələrin nümayəndələri də iştirak edir.
Neft Akademiyasındakı cinayətə görə bir nəfər saxlanıldı
GÜRCÜSTANIN MARNEULİ RAYONUNUN SAKİNİ NADİR ŞİRXAN OĞLU ƏLİYEV HADİSƏNİ TÖRƏDƏN FƏRDA QƏDİROVLA BİR MƏNZİLDƏ YAŞAYIRMIŞ
Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən cinayət hadisəsinin Gürcüstan Respublikasının vətəndaşı Fərda Əsəd oğlu Qədirov tərəfindən törədilməsi tam sübuta yetirilib. Tanınma zamanı qatilin üzərindən tapılan sənədin həqiqətən də ona aid olduğu təsdiqlənib. Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib: "İstintaq yolu ilə cinayət hadisəsinin həmin şəxs tərəfindən törədilməsi tam sübuta yetirilib".
Aprelin 30-da baş vermiş terror hadisəsinə görə bir nəfər saxlanılıb. Saxlanılan şəxs Gürcüstan vətəndaşı, Marneuli rayonu Daştəpə kənd sakini Nadir Şirxan oğlu Əliyevdir. Bu barədə APA-nın Gürcüstan bürosuna Nadir Əliyevin qardaşı Namiq Əliyev məlumat verib. Nadirin ADNA yaxınlığında dönər satdığını deyən N.Əliyev qardaşının terror hadisəsini törətməkdə təqsirləndirilən Fərda Qədirovla əlaqəsi olmadığını söyləyib: "Nadirlə Fərda bir-birini yalnız Daştəpəli kimi tanıyıblar. Qardaşım Fərdadan beş yaş kiçikdir. Fərda Rusiyada olanda qardaşım Ukraynada idi. Nadir 2008-ci ilin sentyabrında Tiflisə gəldi. Bu il martın 18-dən isə Bakıya gedib".
N.Əliyev deyib ki, qardaşı əvvəlcə Bakıdakı şadlıq saraylarından birində çalışıb, sonra isə ADNA yanında dönər satıcılığı ilə məşğul olub: "Ailəmizin məsələdən xəbəri var. Bu gün ata-anam Bakıya yola düşüblər. Nadirin tutulması barədə bibim və xalam uşaqları zəng edib xəbər verdilər".
N.Əliyev onu da deyib ki, Nadir ADNA-da baş verən hadisədən sonra saxlanılıb, izahatı alınandan sonra isə sərbəst buraxılıb: "Amma sonra onu yenidən həbs ediblər. Bu dəfə bibim və xalam uşaqları onu özləri polisə aparıblar ki, günahsız olduğunu sübuta yetirsinlər. Fərdanı Bakıya qardaşım çağırmayıb. Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları xalamgilə də gəlib, bəzi məsələlərlə bağlı onları sorğu-sual ediblər".
N.Əliyev ailədə iki qardaş olduqlarını söyləyib. O, Nadirin subay və dindar olduğunu, namaz qıldığını da açıqlayıb.
Qeyd edək ki, srağagün baş verən silahlı hücumdan sonra ilkin olaraq hadisənin məhz Nadir Şirxan oğlu tərəfindən törədildiyi barədə məlumat yayılmışdı.
Azərbaycan Dövlət Neft Akademiyasında aprelin 30-da baş vermiş hadisə ilə əlaqədar bir nəfərin saxlandığı təsdiqlənib.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, dünən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyev Nadir Şirxan oğlu saxlanılıb. E.Sultanov N.Əliyevin şübhəli şəxs qismində saxlandığını deyib.
Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, hazırda həmin şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dünən Nadir Əliyev istintaqda dindirilib.
Bakı Şəhər Prokurorluğundakı mənbədən ANS PRESS-ə verilən məlumata görə, saxlanılan şəxs ifadəsində Fərda Qədirovla bir evdə kirayə yaşadığını və onunla həmyerli olduğunu deyib. N.Əliyevin sözlərinə görə, F.Qədirov hadisəni törətməmişdən əvvəl bir-iki günə bütün dünyanın ondan danışacağını söyləyib. F. Qədirovda silah gördüyünü deyən N.Əliyev qeyd edib ki, o, həmin silahla Gürcüstandakı həmyerlisi Hacıəhmədi öldürəcəyini söyləyib.
Faktla bağlı akademiyada yaradılan qərargahda Bakı şəhər və rayon prokurorluqlarının müstəntiqləri tərəfindən tələbə və Akademiyanın əməkdaşları da dindirilir.
Bu arada məlum olub ki, Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları Neft Akademiyasında terror törətmiş Fərda Qədirovun atası Əsəd Qədirovu Moskvadan Bakıya gətiriblər. Bu barədə Ə.Qədirov özü məlumat verib: "İstintaqa ifadə vermək və təhqiqat işinə yardım göstərmək üçün bu gün (dünən - red.) Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsinin müşayiəti ilə Bakıya uçacağam". Oğlunun son zamanlar dini ekstremist ədəbiyyata maraq göstərib-göstərmədiyi barədə sualı cavablandıran Əsəd Qədirov bildirib ki, bu barədə ümumiyyətlə, heç bir məlumata malik deyil: "Əgər bu mənada nəsə olubsa, bu, apreldə onun Bakıya getməsindən sonra baş verə bilər. Oğlumun Bakıya kimin yanına getdiyini dəqiq bilmirəm. Əslində heç nəyi təsdiqləyə bilmirəm, çünki məndə heç bir məlumat yoxdur. Yalnız onu deyə bilərəm ki, ədəbiyyatla maraqlanmayıb, ümumiyyətlə, çox az mütaliə edirdi. Amma televizora həddən artıq çox baxırdı". Əsəd Qədirov Bakıda nə qədər qalacağını bilmədiyini deyib: "Təhqiqat işi ilə bağlı istintaqla nə qədər lazımdırsa, əməkdaşlıq etməyə hazıram". Qeyd edək ki, 1949-cu il aprelin 1-də anadan olmuş Əsəd Qədirov Rusiya vətəndaşıdır.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, ADNA-dakı hadisəni araşdıran istintaq qrupu istintaq hərəkətlərini davam etdirir: "İntensiv istintaq hərəkətləri Baş Prokurorluq və Daxili İşlər Nazirliyi rəhbərliyinin ciddi nəzarəti altında Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və digər zəruri araşdırmaların aparılması istiqamətində müəyyən olunmuş istintaq fərziyyələri ətrafında aparılır".
Məlumatda o da bildirilir ki, cinayət nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış 13 nəfərdən 3-ü ötən gün ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb, qalan 10 nəfərin vəziyyəti isə stabil ağır olaraq qalır. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
"Trend"in məlumatına görə, Neft Akademiyasına silahlı hücum edən Fərda Qədirovun Bakıda yaşadığı evində axtarış keçirilib.Bakı Şəhər Baş Polis İdarəsi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Qədirovun Nizami rayonu Çobanzadə küçəsi 65 saylı binada məskunlaşdığı mənzilində cümə axşamı gecə saatlarında axtarış keçirilib. Bu barədə Nizami Rayon Polis İdarəsindəki mənbələr məlumat verib.
Mənbə bildirib ki, axtarış zamanı Qədirovun mənzilindən istintaq üçün xüsusi əhəmiyyətli sübutlar götürülüb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif "Trend"ə bildirib ki, mətbuat xidmətində bu barədə məlumat yoxdur.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov istintaq sirri olduğundan, aparılmış istintaq-əməliyyat tədbirlərinin təfərrüatları ilə bağlı mətbuata məlumat verilmədiyini söyləyib.
APA-nın yaydığı xəbərdə isə bildirilir ki, Fərda Qədirovun Bakıda kirayədə qaldığı mənzilin sahibi də Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndindəndir. Bu barədə Nizami rayon Polis İdarəsindən bildirilib. 26-27 yaşlı Arif Kabulovun hazırda Daştəpə kəndində olduğu, Azərbaycanla Gürcüstan arasında işləyən avtobusda sürücü köməkçisi işlədiyi bildirilib.
F.Qədirovun vaxtilə kirayədə yaşadığı Çobanzadə küçəsi, ev 65, 35 saylı mənzilin qapısı hazırda plomblanıb. F.Qədirov 1 ay əvvəl həmin evə köçüb, son bir həftədə isə evə gəlməyib. Qonşular APA-nın əməkdaşına F.Qədirovun sakit adam olduğunu deyiblər. Polisdən o da bildirilib ki, hazırda hüquq-mühafizə orqanları A.Kabulovu axtarır.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror nəticəsində yaralanan 10 nəfərin vəziyyəti ağır və orta-ağır kimi qiymətləndirilir. Kliniki Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, srağagün xəstəxanaya yerləşdirilən Kənan İsayev, Mustafa Məhəmməd, Faiq Rüstəmbəyov, İlkin Şirəliyev, Elşən Mustafayev, Rəhman Axundov və Elvin Cəmiyev hazırda reanimasiya şöbəsindədirlər. Xəstələrin vəziyyəti orta-ağırdır.
4 saylı Şəhər Klinik Xəstəxanasından isə bildirilib ki, xəstə Hüseynli Zemfira və Dass Muavviyyənin vəziyyəti ağırdır.
Dəmiryol Xəstəxanasında müalicə olunan Seyid Əhməd Əmrunun vəziyyətinin isə yaxşı olduğu bildirilib.
Dünən Səhiyyə Nazirliyi atışma nəticəsində yaralananların vəziyyəti ilə bağlı məlumat yayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində yaralanan 10 nəfər hazırda stasionar müalicə alır. Onlardan 8-i Kliniki Tibbi Mərkəzə, 1-i 4 saylı Şəhər Klinik Xəstəxanasına, 1-i isə 1 saylı Dəmiryol Xəstəxanasına yerləşdirilib. Yaralılardan 5-nin vəziyyəti ağır, 4-nün vəziyyəti orta-ağır, 1-nin vəziyyəti isə kafidir. Yaralıların 6-da güllə yarası baş və sifət nahiyəsində, 2-də sinədə, 1-də biləkdə, 1-də isə bud nahiyəsindədir. Bütün xəstələrdə birincili cərrahiyyə işlənməsi aparılıb, 5-də təcili əməliyyat keçirilib, 3-ü isə əməliyyat olunacaq.
Nazirlikdən o da bildirilib ki, hadisədən zərər çəkmiş tələbə, müəllim və onların yaxınlarına psixoloji yardım göstərmək məqsədilə Bakı şəhəri 2 saylı Kliniki Psixiatriya Xəstəxanası, Bakı şəhər Ruhi Əsəb Dispanseri və Uşaq Ruhi Əsəb Dispanserində lazımi şərait yaradılıb.
Dünən axşam yayılan məlumata görə, Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi nəticəsində yaralanaraq 1 saylı Dəmiryol Xəstəxanasına yerləşdirilən Seyidəhməd Əmru dünən evə buraxılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, S.Əmrunun hadisə zamanı barmağından güllə keçib. Barmağında aparılan əməliyyatdan sonra xəstə özünü yaxşı hiss edib.
Qeyd edək ki, akademiyanın tələbəsi olan S.Əmru Suriya vətəndaşıdır.
Dünən Müsavat Partiyası Məclisinin katibi Tofiq Yaqublu Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terrorla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. müsavat.com saytının məlumatına görə, buna səbəb onun hadisə günü şübhəli şəxs qismində saxlanılan Nadir Şirxan oğlu Əliyevin qohumu Kamil ilə "Mediaforum" saytı arasında əlaqə yaratmasıdır. Qeyd edək ki, Nadir Əliyev dünən tutulub-buraxılsa da, onu mayın 1-də yenidən saxlayıblar.
T.Yaqublu Lent.az-a açıqlamasında faktı təsdiqləyib: "Dünən (srağagün - red.) hadisə baş verərkən, "Mediaforum" saytının əməkdaşları mənim də Gürcüstanlı olduğumu bilib zəng etdilər ki, belə xəbər var. Mən də çox yaxın dostum olan Kamil Qədim oğlu Mürsələ zəng etdim. O mənə bildirdi ki, Nadir Əliyev qohumudur. Kamil mənə dedi ki, Nadir ilə əlaqə saxlayıb, o belə şey törətməyib".
T.Yaqublu bildirib ki, həmin informasiya istintaqa maraqlı olduğundan onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar: "Çağırıb aydınlıq gətirdilər. Mənimlə yanaşı Kamil Mürsəl də idarə çağırılıb dindirildi və sərbəst buraxıldı".
"Mediaforum" saytının baş redaktoru Azər Qaraçənli isə Lent.az-a əməkdaşlarından heç kimin dindirilmədiyini söyləyib.
Şəhriyar Əlizadə

Kaydol:
Kayıtlar (Atom)