azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Kasım 2008 Çarşamba

Təbriz bazarı və Şeyx Səfiəddinin məqbərəsi YUNESKO-nun siyahısına düşə bilər

Təbriz bazarı və Şeyx Səfiəddinin məqbərəsi YUNESKO-nun siyahısına düşə bilər

16:17 19-11-2008





Quruma müraciət üçün sənədlər hazırlanıb

Güney Azərbaycanın Təbriz şəhərindəki tarixi bazar və Ərdəbil şəhərindəki milyonlarla kvadratkilometr əraziyə sahib Azərbaycan Səfəvi dövlətinin qurucusu, görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin əcdadı Şeyx Səfiəddinin uyuduğu məqbərə YUNESKO-nun “Mədəni İrs” siyahısına salına bilər.

Lent.az-ın Güney Azərbaycan Milli Hərəkatına bağlı oyrenci.com saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Güney Azərbaycanın şərq vilayətinin Mədəni İrslərin Qorunması və Turizm Təşkilatı beynəlxalq təşkilata müraciət ünvanlamağa hazırlaşır. Artıq lazımı sənədlər hazırlanıb və gələn ilin fevralında YUNESKO-ya təqdim olunacaq.

İşə YUNESKO-nun Tehrandakı təmsilçisi Bandarin Vetaniqoçi nəzarət edir.

Pərvin ABBASOV

LENT.AZ

İran təhlükəsizlik xidmətinin əməkdaşı Bağdadda tutulub

İran təhlükəsizlik xidmətinin əməkdaşı Bağdadda tutulub

13:10 19-11-2008





SEPAH üzvü qonşu ölkəyə qanunsuz silah göndərməkdə ittiham olunur

İran təhlükəsizlik xidmətinin yüksək vəzifəli əməkdaşı Bağdadda həbs olunub. Lent.az-ın “Breitbart”a istinadən verdiyi məlumata görə, tutulan şəxs İraqa qeyri-qanuni silah göndərməkdə şübhəli bilinir.

Amerika hərbçilərinin yaydığı məlumatda qeyd edilir ki, eyni zamanda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü olan iranlı biznesmen ölkəni tərk etmək istəyərkən Bağdad hava limanında həbs olunub. Onu tikinti materialları adı altında İrana terrorçular üçün nəzərdə tutulan böyük miqdarda silah keçirməkdə ittiham edirlər. Günahı sübuta yetirildiyi təqdirdə iranlı biznesmen İraq hərbi tribunalı qarşısında dayanacaq.

Rəsmi Tehran informasiyanı qəti şəkildə rədd edərək onu Amerikanın növbəti iftirası adlandırıb.

LENT.AZ

Terrorçu PKK-ya məxsus milyonlarla dolları oğurlayıb

Təşkilatın Avropadakı şöbəsində qarşıdurma yaranıb

İsveçrədə baş verən terror aktlarının arxasında PKK terror təşkilatının olduğu ilə bağlı yerli təhlükəsizlik qüvvələrinin açıqlamasından sonra təşkilatda qarşıdurma yaranıb. Lent.az-ın məlumatına görə, PKK-nın “İsveçrə təmsilçisi” təşkilata aid milyonlarla dolları götürərək qaçıb. Bundan sonra isə iki qrup arasında münaqişə yaranıb.
Təhlükəsizlik qüvvələri bildiriblər ki, PKK-nın "Hüseyin Gazi" kod adlı “İsveçrə təmsilçisi” təşkilata məxsus milyonlarla dolları götürüb aradan çıxıb. Bundan sonra PKK-nın “Avropa təmsilçisi” Sabri Ok terrorçu-oğrunun yaxalanaraq öldürülməsi barədə göstəriş verib. PKK-nın “İsveçrə təmsilçisi“ “vəzifəsi”nə isə Ali M. adlı şəxs təyin olunub.

Əhmədinecatın güneyli dostu

Əhmədinecatın güneyli dostu
İranın daxili işlər naziri oldu

Əslən azərbaycanlı olan Sadıq Məhsuli İranın daxili işlər naziri təyin edilib. Noyabrın 18-də İran parlamenti prezident Mahmud Əhmədinecatın S.Məhsulinin daxili işlər naziri vəzifəsinə təyin olunması haqda göndərdiyi təqdimata baxıb. Səsvermə zamanı 138 deputat S.Məhsulinin lehinə, 112 deputat əleyhinə səs verib, 20 deputat bitərəf qalıb. Beləliklə, S.Məhsuli səs çoxluğunu qazanaraq ölkənin daxili işlər naziri olub. Əvvəlki daxili işlər naziri Əli Kərdanini parlament noyabrın 4-də istefaya göndərmişdi. Buna onun Oksford Universitetinin hüquq elmləri doktoru olması barədəki diplomunun saxta çıxması səbəb olmuşdu.
49 yaşlı S.Məhsuli İran prezidentinin yaxın tərəfdaşı və sədaqətli kadrı sayılır. 2005-ci ildə M.Əhmədinecat onu ölkənin neft naziri təyin etmək istəsə də, namizədliyin parlamentdə səsverməyə çıxarılmasından əvvəl fikrindən dönmüşdü. Dövlət başçısı hesab etmişdi ki, S.Məhsulinin neft sahəsində təcrübəsi olmadığından parlament onun namizədliyini təsdiqləməyə bilərdi.
Əhmədinecat kimi Məhsuli də İran ordusunun elitası olan "İslam İnqilabı Keşikçiləri Korpusu"nda ("Pasdarene İslami"/ SEPAH) qulluq edib. Yeni DİN başçısı əvvəllər regional hökumətdə müxtəlif vəzifələri tutub, habelə müdafiə nazirinin planlaşdırma məsələləri üzrə müavini olub.
"Media forum"un məlumatına görə, yeni nazir Sadıq Məhsuli Urmiya şəhərində doğulub. Ticarət idarəçiliyi ixtisasına yiyələnib. Ölkənin varlı adamlarından biridir, "milyarder keçmiş sepahçı" kimi tanınır. Məhsulinin sərvəti bir ara hakimiyyətdaxili qruplar arasında mübahisəli məsələlərdən birinə çevrilmişdi. Yç il əvvəl o, jurnalistlərə açıqlamasında azı 50 milyon dollarlıq var-dövləti olduğunu demişdi.
Hakimiyyət daxilindəki rəqibləri Məhsulini "Sepah"da olarkən vəzifəsindən sui-istifadə etməkdə, qanunsuz yolla pul qazanmaqda, dövlət əmlakını mənimsəməkdə günahlandırırlar. Onların iddiasına gюrə, hazırda hər saat S.Məhsulinin qazancının üstünə 1800 dollar əlavə pul gəlir.
S.Məhsuli ittihamları rədd edir və qazandığı sərvəti qanuni yolla əldə etdiyini bildirir.
H.Bakuvi

Tehran gecələri "Bəsic"ə əmanət edildi

Tehran gecələri
"Bəsic"ə əmanət edildi

İranda silahlı könüllülər dəstələrini birləşdirən "Bəsic" Müqavimət Qüvvələri Korpusu bundan sonra ölkənin iri yaşayış məntəqələrində gecə saatlarında asayişi təmin edəcək.
"İslam İnqilabı Keşikçiləri Korpusu"nun ("Sepahe Pasdarane İslame") "Məhəmməd Rəsulillah" diviziyasının komandanı, general Abdulla Əraqinin dediyinə görə, "Bəsic"in asayişin təminatına qoşulması "iranlıların gecələr daha rahat olmasına yardım edəcək".
"Bəsic"in komandanı Hüseyn Təib isə bəyan edib ki, könüllülər gecə növbələrinə noyabrın 28-də başlayacaqlar.
Bu zaman "Bəsic"də post-patrul funksiyalarını yerinə yetirməklə yanaşı, ciddi nəzarət və axtarış səlahiyyətləri hüququ da veriləcək.
Müşahidəçilər isə bunu Tehrandaka klerikal rejimin ölkə vətəndaşları üzərində nəzarəti maksimum dərəcədə gücləndirmək istəyi sayırlar.

ELDAR SABİROĞLU: «ERMƏNİLƏRİN ATƏŞKƏS REJİMİNİ TEZ-TEZ POZMASI TƏXRİBAT MƏQSƏDİ DAŞIYIR»

ELDAR SABİROĞLU: «ERMƏNİLƏRİN ATƏŞKƏS REJİMİNİ TEZ-TEZ POZMASI TƏXRİBAT MƏQSƏDİ DAŞIYIR»


Son vaxtlar bütün cəbhə xətti boyunca atəşkəsin intensiv pozulması müşahidə olunur. «Media forum»a açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bunu düşmən təxribatlarıyla bağlayıb: «Atəşkəsin intensiv pozulması nəticəsində tərəflər itki verir. Ermənilərin atəşkəs rejimini tez-tez pozması təxribat məqsədi daşıyır, Azərbaycanı başqa tədbirlərə əl atmağa səsləyir. Azərbaycan tərəfi də düşmənə lazımi cavab verir».


Eldar
Sabiroğlu



Cəbhə bölgəsində müntəzəm monitorinqlər keçirildiyini xatırladan E.Sabiroğlu bildirib ki, Azərbaycan beynəlxalq təşkilatları, eləcə də ATƏT-in yerli nümayəndəliyini Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması haqqında məlumatlandırır: «Onlar bu məsələdən xəbərdardır».

E.Sabiroğlunun verdiyi məlumata görə, bu gün Tovuz rayonunun Muncuqlu kəndi yaxınlığında, qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq keçirilən monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Antal Herdiç, qarşı tərəfdə isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Vladimir Çountulov və İrji Aberle müşahidə ediblər.




«Media forum»

Tehranda iki azərbaycanlı tələbə həbs olunub

Tehranda iki azərbaycanlı tələbə həbs olunub
Tue, Nov 18th 2008

Tehranda iki azərbaycanlı tələbə həbs olunub



Tehran Pəyam Nur Universitetinin azərbaycanlı tələbələri Firuz Yusifi və Həşim Bərzgərzadə ölkədə milli ayrı-seçkilik salmaqda ittiham olunaraq, həbs olunublar.


Dünya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, Tehran İnqilab Məhkəməsinin qərarı ilə noyabrın 9-da H. Bərzgərzadə, noyabrın 14-də isə F. Yusifi barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda hər iki azərbaycanlı tələbə İran xüsusi xidmət orqanlarına məxsus Tehranın “Evin” həbsxanasında saxlanılırlar. Ailələrindən bildirilib ki, azərbaycanlı tələbələr həbsxanada təzyiq və işgəncələrə məruz qalırlar.bizimyol