azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

29 Eylül 2008 Pazartesi

Mazandaranda tufan 4 nəfərin həyatına son qoyub

Mazandaranda tufan 4 nəfərin həyatına son qoyub

İranın Mazandaran vilayətində təbii fəlakət – baş verib. Nəticədə 4 nəfər həlak olub. Bu barədə İranın İRİNN xəbər kanalı məlumat yayıb. İranın Fövqəladə Hallar Nazirliyinin Mazandaran vilayəti üzrə idarəsinin rəisi Ramazanzadə bildirib ki, tufan ötən gecə Babulsər, Sari, Neka, Gəlugah, Cuybar , Qaimşəhr və Behşəhr şəhərlərində baş verib.
O bildirib ki, tufan zamanı əsən küləyin sürəti saatdə 110 kilometrə çatıb. Su, elektrik, rabitə xətləri və yollar sıradan çıxıb.
İlkin hesablamlara görə, dəymiş ziyanın məbləği 30 milyon dollara çatır. Həlak olanların cəsədləri qonşu şəhərin ərazisində tabılıb. Ölənlərin şəxsiyyəti araşdırılır. // Trend

Hakimiyyət orqanları Həmid Valayinin ağır işgəncəyə məruz qoyulduğunu inkar etmək fikrindədir.



Hakimiyyət orqanları Həmid Valayinin ağır işgəncəyə məruz qoyulduğunu inkar etmək fikrindədir.

Butovaz- Təbriz ETTELAAT idarəsinin əməkdaşları Güney Azərbaycanın milli haqlarını və hüquqlarını müdafiə edən hüquqşünas Həmid Valayinin əleyhinə qondarma sənədlər hazırlayaraq Təbriz İnqilab məhkəməsinə göndərilib.

Həmid Valayi bir müddət öncə qanunsuz olaraq ETTELAAT məmurları tərəfindən həbs edilərək 13 gün müddətinə Təbriz ETTELAAT təcridxanasında ağır fiziki və ruhi işgəncələrə məruz qoyulmuş, işgəncə nəticəsində soydaşımızın ayağı və ağzında çoxlu sayda dişləri sındırılmışdır.

Həmid Valayinin vəkili Məhmudi neçə gün öncə müdafiə etdiyi Həmid Valayinin işi ilə bağlı inqilab məhkəməsinə müraciət etmiş, məhkəmədə ona bildirmişlər ki, onun ittihamı islam hakimiyyəti əleyhinə təbliğ və hakimiyyət əleyhinə ixtişaşlar yaratmaqla bağlı cinayət işi açılıb.

Bununla yanaşı Həmid Valayi heç bir fakt olmadan qanunsuz ETTELAAT məmurları tərəfindən həbs edilərək ağır işgəncələrə məruz qaldığını və onu həbs edən ETTELAAT məmurlarını məhkəməyə vermiş, lakin bugünə qədər onun müraciətinə heç bir münasibət bildirilməmişdir.

Məlum olur ki, hakimiyyət orqanları Həmid Valayinin ağır işgəncəyə məruz qoyulduğunu inkar etmək fikrindədir. Lakin hər şey göz qabağında bəllidir ki, Həmid Valayi neçə müddətdir ağır işgəncələr nəticəsində xəstəxanada və evdə həkimlər nəzarətində sındırılmış ayağı və dişləri fakt olaraq qalmaqdadır. butovaz

28 Eylül 2008 Pazar

İran adlanan ölkənin şifə-fars hakimiyətinin bəzi işləri yunik olaraq tarixə yazılıbdır. Bu arada piket geçirmək sayağıda unutulmazdır.


İran adlanan ölkənin şifə-fars hakimiyətinin bəzi işləri yunik olaraq tarixə yazılıbdır. Bu arada piket geçirmək sayağıda unutulmazdır.

İran sayağı piketlərdə millətin inancından yararlanaraq çirkin siyasətlərə məşruiyət qazandırmağ planlaşar. Bölgədə yaşayan çoxlu müsəlmansa Fars şovonistlərinin siyasətindən xəbərsiz olaraq belə piketlərə qatılaraq bəzi sorunların güclənməsinə yardımcı olurlar.

İran İalam Devriminin lideri olan Ayətullah Xumeyni-nin dəb qoyduğu Quds Günü hər il ramazan ayının son cümə günü qutlanar. Bu gündə müsəlmanlar İsrailin cinayətlərin qınamağ üçün toplanarlar ancaq günün möpvzüsuyla bağlı, başqa devlətlərədə etirazlar planlaşar.

Quds Günü başlanqıc dönəmində İsrail, Fransa, Almanya, Rusiya, Amerika və İngilis kimi devlətlərə yaman-yoğuz deylərdi! Ancaq get-gedə bu devlətlərin sayı azaldı və indi İran siyasətində Rusiya ya Almaniyanı qınamağ kimi bir olay söz qonusu deiyldir! Bu o demək deiyldir ki o devlətlər müsəlman olublar, bu onun göstərgəsidir ki Quds Günü və başqa dini piketləer Fars siyasəti xidmətindədir və insanların ruhani inanclarının dəyəri yoxdur. Gülünc olan burasıdır ki hərdən elə ölkələrə yaman-yoğuz deiylir ki İsrail ilə ilişkiləri biıə yoxdur! Kanada, Səudi Ərəbistan və ya Belcika kimi devlətlərdə bu yamanlardan paysız qalmayıblar!

BayBak xəbər verir ki Quzey Azərbaycanda adı Nardaran olan bir kənd, ki indi balaca biş şəhərcigə bədəl olmaqdadır tam anlamında İranın balaca versiyası tanınır. Dini mərasimlər, danışığlar və təpkilər eyni İran devlətinin istədigi kimi yapılar. Hətta ordan qaynağlanan və gələcəkdə dəhşət yaradacaq olan terror aktlarıda eynən İranda olan Sipah güclərinin planladığı kimidir.

Bu il Quds Günündədə eynən İran adlanan ölkədə bərpa olunduğu kimi, Nardaranda Fars hakimiyətinin düşmanları adlanan devlətlərə ihanət edildi! Hətta, Fars dilində parça yazılar və şuralar, İrandan göndərilmiş materiyallar v.s çox aydın olaraq gözə çarpırdılar.

Bu piketdə İsrail, İngilis, Amerika və Fransa devlətlərinin bayrağı ota çəkilib və bəzən Azərbaycan devlətinə zidd olan aktlar sərgilənib.

Bəlli deiyldir ki belə aşkar terror xarakteri daşıyan piketlər nədən Azərbaycan Respoblikasının hakimiyətini düşündürmür! Və ya nədən İran dalanan ölkənin Azərbaycan daxili işlərinə rəsmi dəxalətlərinin önü alınmır!. baybak

PKK terror təşkilatı daxilində parçalanma başlayıb

PKK terror təşkilatı daxilində parçalanma başlayıb


Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı qurudan və havadan davam etdirdiyi hərbi əməliyyatlardan sonra təşkilat daxilində parçalanmalar başlayıb. “Anadolu agentliyi”nin yaydığı məlumata görə, Rəsmi Ankara ilə yaxın təmasda olan Şimali İraq yerli idarəsinin tətbiq etdiyi məhdudiyyətlər və təzyiqlərdən sonra Kandil dağında olan bir çox terrorçu təşkilata məxsus külli miqdarda pulla qaçmağa üstünlük verib.
Xəbər mənbəyinin verdiyi məlumata görə, təşkilatı tərk edənlər arasında PKK daxilində asayişə cavabdeh olan Mehmet Mardini kod adlı terrorçu, köməkçisi və iki cangüdəni, qondarma tabur komandiri Demhat kod adlı terrorçu, köməkçisi və 5 cangüdəni, maliyyə işlərinə cavabdeh Hiva Rojhalati kod adlı terrorçu və birlikdə olduğu 4 terrorçu da var.
ANS PRESS

İsraildən $120 milyonluq silah alınacaq

İsraildən $120 milyonluq silah alınacaq

İsrail Azərbaycana $120 milyon məbləğində silah, hərbi texnika, avadanlıq və sursat satacaq. Bu barədə müvafiq anlaşma iki ölkənin Müdafiə nazirlikləri arasında imzalanıb.
Təl-Əvivdə çıxan "Haarets" qəzeti bildirir ki, həmin saziş çərçivəsində İsrail Azərbaycana ən son model TAR-21 "Tavor" avtomatik hücum tüfəngləri və bu silah üçün sursat; "Soltam" korporasiyasının istehsalı olan qaubisalar və mərmilər; TAAC konsernin buraxdığı raket-artilleriya sistemləri, mərmi və raketlər; habelə "Tadiran"ın istehsalı olan rabitə sistemləri verəcək.
Bundan başqa, İsrailin "Soltam" korporasiyasının Qazaxıstanın sifarişi ilə hazırladığı 122 mm çaplı özüyeriyən "Semser" qaubisası və 120 mm çaplı özüyeriyən "Aybat" minaatanlarının da Bakının maraqlandırdığı bildirilir.
"Soltam" da həmin marağı nəzərə alaraq "KAMAZ" yük maşınlarına quraşdırılan "Semser"dən Bakıya satmaq fikrinə gəlib.
İsrailin TAAC konserninin istehsal etdiyi "Lynx" ("Vaşaq") çoxməqsədli muxtar raket sistemini "Nayza" adı ilə satacağı da vurğulanır. Məşhur "Elbit" hərbi-sənaye kompleksi Azərbaycana adıçəkilən hər üç artilleriya-raket sistemlərini birləşdirən avtomatik idarəetmə və nəzarət sistemini, "Aeronautics Defense Systems" korporasiyası isə pilotsuz kəşfiyyat təyyarələrini satacaqlar.
Azərbaycan Müdafiə Nazirliyi isə İsraillə hərbi texnika və avadanlığın alınması ilə bağlı yaxınlarda heç bir müqavilə imzalanmadığını bildirir. Nazirlik əməkdaşlarının dediklərinə görə, "belə iddialar əsassızdır".
Azərbaycanın ənənəvi tərəfdaşı və müttəfiqi olaq İsraildən hərbi texnika alınması barədə müqavilə barədə Maliyyə, İqtisadi İnkişaf və Müdafiə Sənayesi nazirliklərinin yetkililəri də "məlumatımız yoxdur, heç bir şərh verə bilmərik" dedilər.
Lakin onların heç biri "belə müqavilə yoxdur" söyləmədi.

Hüseyn BAKUVİ

express

İran vətəndaşı 10 il iş aldı

İran vətəndaşı 10 il iş aldı


Sentyabrın 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə Gəncədə narkotik vasitə satarkən həbs olunan İran İslam Respublikasının vətəndaşı Əmirpur Bəhruzun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bu barədə "OLAYLAR"a məhkəmədən veriblər. Məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İran vətəndaşı Əmirpur Bəhruz 10 il müddətinə azadlıqdan məhrum edilib.
--------------------------------------------------------------------------------

Rays-Lavrov görüşü münasibətlərə necə təsir göstərəcək?


"Rusiyanın Amerikaya vurduğu yara çox ağırdır"




Hazırda dünyanın aparıcı kütləvi informasiya vasitələrinin başlıca mövzusu olan Amerika-Rusiya qarşıdurmasına BMT-nin 63-cü sessiyasında hər iki ölkənin xarici işlər nazirlərinin görüşündə aydınlıq gələ bilərdi. Ancaq yenə də Kondaliza Rays Rusiyanı beynəlxalq qanunları pozmaqda ittiham etdi. Ümumiyyətlə, Kondaliza Rays-Sergey Lavrov görüşü ABŞ-Rusiya münasibətlərindəki gərginliyin azalmasına nə kimi rol oynadığ Politoloq Zərdüşt Əlizadənin fikrincə, bir görüşlə yaranmış vəziyyətə aydınlıq gətirmək çətindir: "Çünki Rusiyanın Amerikaya vurduğu yara çox ağırdır. Amerika onu incitmiş ölkələrə, dövlət xadimlərinə heç vaxt bunu bağışlamır". Politoloq bildirib ki, gərginliyin aradan qalxması üçün hər iki dövlətin siyasi kursu dəyişməlidir. Z.Əlizadənin fikrincə, əgər ölkələr kompromisə getməsə, münasibətlər uzun müddət bu səviyyədə qalacaq.

İRANLI GİROVLAR AZADLIĞA BURAXILIB

İRANLI GİROVLAR AZADLIĞA BURAXILIB

40 gün əvvəl Əfqanıstanın qərbində yerləşən Herat vilayətində naməlum silahlı şəxslərin girov götürdüyü iki İran vətəndaşı pul müqabilində azadlığa buraxılıb.

«Media forum» saytının məlumatına görə, Herat Şəhər Xarici Əlaqələr İdarəsinin rəisi Hümayun Kamqar jurnalistlərə açıqlamasında deyib ki, oğurlanan iranlılar İranın «115» adlı yol inşası şirkətində işləyirmiş. Əfqan rəsmisi girovların adlarını açıqlamayıb.

İranlı girovların sentyabrın 24-də pul müqabilində azadlığa buraxıldığını deyən H.Kamqar ödənilən pulun məbləği barədə də hər hansı məlumat verməyib.

«115» şirkəti Əfqanıstanda yol çəkilişlərində iştirak edir.




«Media forum»