azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

28 Eylül 2008 Pazar

İsrail hərbi kəşfiyyatı İranın 2012-ci ilə qədər ilk nüvə başlığını yarada biləcəyi barədə məlumat əldə edib. Lent.az-ın “newsru.com” saytına istinadə


İsrail hərbi kəşfiyyatı İranın 2012-ci ilə qədər ilk nüvə başlığını yarada biləcəyi barədə məlumat əldə edib. Lent.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, bu barədə İsrail Mübafiə Nazirliyindəki mənbə bildirib.

Mənbə İranın uranın zənginləşdirilməsi məsələsində sürətlə irəliyə doğru inkişaf etdiyini vurğulayıb: “Əgər onlar bu sürətlə fəaliyyət göstərsələr, təxminən bir il sonra ilk nüvə başlığını yaratmaq üçün kifayət edəcək qədər zənginləşdirilmiş nüvə materialı əldə edəcəklər”. O, hazırda İranın dörd faizlik səviyyəyə qədər zənginləşdirilən uran ehtiyatı yığmaqla məşğul olduğunu vurğulayıb: “İran artıq nüvə başlığı yaratmaq üçün tələb olunan uranın təxminən yarısını əldə edib. Gələcəkdə isə uranın zənginləşdirilməsi üçün daha yüksək səviyyəyə keçmələri çətinlik törətməyəcək. Buna o qədər də vaxt tələb olunmayacaq. İşlərin sürətindən asılı olaraq İran 2010-2012-ci illərdə ilk atom bombasını yaratmaq iqtidarındadır”.

LENT.AZ

İran BMT-nin yeni qətnaməsini rədd edib

Dünya
İran BMT-nin yeni qətnaməsini rədd edib

Birləşmiş Ştatlar İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır
28.09.2008

BMT-nin Təhlükəsizlik Şurası İranın nüvə proqramıyla bağlı yeni qətnamə qəbul edib.

Sənəd İranı uran zənginləşdirilməsi üzərində işi dayandırmaqla bağlı əvvəlki tələbləri yerinə yetirməyə çağırır.
Rusiyanın etirazına görə qətnamədə İrana qarşı yeni sanksiyalar nəzərdə tutulmur.

Birləşmiş Ştatların BMT-dəki nümayəndəsi Zalmay Xəlilzad deyib ki, Gürcüstan münaqişəsiylə bağlı fikir ayrılığına baxmayaraq qətnamənin qəbul edilməsi Birləşmiş Ştatlarla Rusiya arasında əməkdaşlıqdan xəbər verir:

«Bizim fikrimizcə, Gürcüstana hücum mütənasib deyil və biz bunu qəti şəkildə pisləmişik. Lakin eyni zamanda Gürcüstan məsələsində Rusiyayla dərin fikir ayrılığına baxmayaraq, göründüyü kimi biz qarşılıqlı maraq doğuran məsələlərin həllində işləmək istəyirik. Bu ondan xəbər verir ki, Rusiya İranın nüvə iddiasının problem olduğunu görür».

İranın BMT-dəki missiyası yeni qətnaməni rədd edib və bildirib ki, Tehran uran zənginləşdirilməsi üzərində işi dayandırmaq fikrində deyil.

Birləşmiş Ştatlar İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. İran isə nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Azərbaycan Rusiya və İran dəmiryolçularının görüşü keçiriləcək

Azərbaycan Rusiya və İran dəmiryolçularının görüşü keçiriləcək

Cari ilin oktyabr ayının birinci ongünlüyündə Bakıda şimal cənub layihəsi üzrə Azərbaycan Rusiya və İran dəmiryolçularının növbəti görüşü keçiriləcək.

Bu haqda məlumatı dövlət dəmir yolundan bildiriblər. Məlumata görə, sözügedən layihə çərçivəsində işlərin sürətləndirilməsi və koordinasiya edilməsi üçün konsersiumun yaradılması məsələsi müzakirə olunacaq.

Dəmiryolçuların toplantısında həmçinin İran tərəfindən dəmir yolun Qəzvin-Rəşt istiqamətində gördüyü işlər, Rəşt-İran Astarası və Azərbaycan Astarası istiqamətində işlərin gedişaitı məsələləri də danışıqların əsas müzakirə predmeti olacaq.

İranın Milli kitabxanasında Azərbaycan bölməsi fəaliyyət göstərəcək


İranın Milli kitabxanasında Azərbaycan bölməsi fəaliyyət göstərəcək
Azərbaycanın İran İslam Respublikasındakı səfirliyi Tehrandakı İran Milli Kitabxanasına təxminən yüz adda min nüsxəyə yaxın müxtəlif məzmunlu kitab hədiyyə edib.

Bura ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair nadir nəşrlər, Prezident İlham Əliyevin siyasi fəaliyyətini əks etdirən əsərlər, habelə Azərbaycan həqiqətləri ilə zəngin olan elmi, bədii, tarixi kitablar daxildir. Azərbaycan, ingilis və fars dillərində çap edilmiş bu əsərlər, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqına gətirdiyi faciə və fəlakətləri əks etdirən kitab və broşürlər kitabxana rəhbərliyinin marağına səbəb olub.

Kitabxanada İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hər birinə aid bölmələr yaradılması nəzərdə tutulur. İranın Azərbaycandakı səfirliyinin qəzetimizə verdiyi məlumata görə səfirliyimizin təqdim etdiyi çap məhsulları Azərbaycan bölməsində yerləşdiriləcək.

Səfir Abbasəli Həsənov nəşrlər barədə kitabxana rəhbərliyinə ətraflı məlumat verib.

BMT İranla bağlı məsləhətləşmələr keçirəcək

BMT İranla bağlı məsləhətləşmələr keçirəcək

Bu gün(27 sentyabr) Təhlükəsizlik Şurasının planlaşdırılmamış toplantısı olacaq

BMT Təhlükəsizlik Şurası bu gün İranla bağlı əvvəlcədən planlaşdırılmamış məsləhətləşmələr keçirəcək. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Şura Birləşmiş Ştatların tələbi ilə çağırılıb.

Qeyd edək ki, sentyabrın 26-da BMT TŞ-nın iclasında çıxış edən ABŞ dövlət katibi Kondoliza Rays İran prezidenti Mahmud Əhmədinejadın İsrailin ünvanına hədələri ilə bağlı ən yaxın müddətdə məsələ qaldırmaq niyyətində olduğunu bildirib. O, ABŞ-ın BMT üzvü olan bir dövlətin BMT üzvü olan digər dövləti məhv etmək çağırışlarını müzakirə etmək üçün Təhlükəsizlik Şurasının toplaşmasını xahiş edəcəyini vurğulayıb.

LENT.AZ

Əhmədinicata qarşı etiraz aksiyası keçirilib


Birləşmiş Ştatlarda İran prezidenti Mahmud Əhmədinicata qarşı etiraz aksiyası keçirilib.

üzlərlə nümayişçi İran prezidentinin məskunlaşdıgı «Hyat» otelinin qarşısına toplaşıb.

Aksiya Mahmud Əhmədinicatın Ümumdünya Kilsələr Şurasının üzvləri ilə nahar etdiyi zaman baş verib.

Etirazçılar «Rüsvayçılıq !», «Hyat oteli terrorçulara sıganacaq verir!» kimi şüarlarl səsləndiriblər.

BM Güvenlik Konseyinin beş daimi üyesi ve Almanya, İran’a yaptırımların devam etmesi gerektiği görüşünde birleşti

Ancak altı ülkenin dışişleri bakanlarının bugün New York’ta yaptıkları beklenmedik toplantıda yeni yaptırımlardan söz edilmedi.

Rusya, Salı günü acil bir durum olmadığını önesürerek toplantının ertelenmesini istemişti.

Toplantının yapılması ancak yeni yaptırımlardan sözedilmemesi, Amerika, Fransa ve Rusya arasında bir uzlaşmaya işaret ediyor.

Amerika ve Fransa İran’a yeni yaptırımlar uygulanmasını isterken Rusya karşı çıkıyordu.voa