azadlig radiosu

GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

28 Temmuz 2008 Pazartesi

GÜNEY AZƏRBAYCAN MƏSƏLƏSİ DÜNYAYA ÇIXARILIR

GÜNEY AZƏRBAYCAN MƏSƏLƏSİ DÜNYAYA ÇIXARILIR
Soydaşlarımız Sürixin mərkəzində orijinal aksiya keçirib

Güney Azərbaycan problemlərini dünyaya çatdırmaq məqsədilə xarici ölkələrdə keçiriləcək silsilə tədbirlərə start verilib. Bu qəbildən ilk tədbir İsveçrədə yaşayan soydaşlarımızın təşkilatçılığı ilə Sürix şəhərində baş tutub.
“Olaylar”ın xəbərinə görə, şəhərin mərkəzi küçəsində çadır qurulub və tədbir təşkilatçıları olan bu ölkədə yaşayan soydaşlarımız Güney Azərbaycanın problemlərini əks etdirən broşurlar, həbs edilən milli fəalların işgəncələrə məruz qaldığını göstərən fotoşəkilləri paylayıblar. Çadırdakı sərgi ilə tanış olanlar arasında isveçrəlilərlə yanaşı, Amerika, Kanada, Yaponiya, Çin vətəndaşları da olub.
Cavid TURAN
musavat

Naxçıvan-İğdır-Tuzluca avtomobil yolu bu ilin sonunadək istifadəyə veriləcək

Naxçıvan-İğdır-Tuzluca avtomobil yolu bu ilin sonunadək istifadəyə veriləcək

Yaxın gələcəkdə Naxçıvan, Qars və İğdırı bir-birinə bağlayacaq dəmiryolu xətti də çəkiləcək

129 kilometrlik Naxçıvan-İğdır-Tuzluca avtomobil yolu bu ilin sonunadək istifadəyə veriləcək. Bu barədə Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım bildirib. Iğdır vilayətinin Naxçıvana açılan bir qapı olduğunu qeyd edən Binəli Yıldırım onu da əlavə edib ki, yaxın gələcəkdə Naxçıvan, Qars və İğdırı bir-birinə bağlayacaq dəmiryolu xətti də çəkiləcək. Bu dəmiryolu vasitəsilə İrandan da yüklərin daşınması həyata keçiriləcək ki, bu da sözügedən regionun inkişafına təkan verəcək. Binəli Yıldırım hələ 1997-ci ildə təməli qoyulmuş İğdır hava limanının maliyyə problemləri üzündən inşa edilə bilmədiyini xatırladaraq, bu mühüm obyektin tikintisinə gələn il başlanacağını və 2010-cu ildə istifadəyə veriləcəyini də vurğulayıb. /ANS TV/

İrandan Santrifüj Açıklaması

İrandan Santrifüj Açıklaması
Ahmedinejad: "5 Binden fazla aktif santrifüje sahibiz."

İran Cumhurbaşkanı Mahmud Ahmedinejad, uranyum zenginleştirmek için santrifüj sayısını 5 binin üzerine çıkardıklarını açıkladı.
Ahmedinejad, Amerika Birleşik Devletleri, Fransa, İngiltere, Rusya, Almanya ve Çinin artık uranyum zenginleştirme programını tamamen durdurması için kendilerine baskı yapmadıklarını da savundu.

İran Cumhurbaşkanı, uluslararası toplumun, 6 bin santrifüjün üzerine çıkmamalarını talep ettiğini söyledi.

Uluslararası Atom Enerjisi Kurumu, Mayıs ayında, İranın Natanz nükleer tesisinde 3 bin 500 uranyum zenginleştirme santrifüjü bulunduğunu bildirmişti.

İran uluslararası uranyum zenginleştirme çalışmaları nedeniyle batılı ülkelerce yaptırımların ağırlaştırılması tehdidi ile karşı karşıya bulunuyor.

29 nəfər Tehranın Evin həbsxanasında edam olundu

Edam hökmünün icra olunduğu Tehranın Evin həbsxanası

29 nəfər Tehranın Evin həbsxanasında edam olundu

İranın dövlət televiziyasının internet saytına yerləşdirdiyi məlumata görə qətldə, narkotik alverində və digər cinayətlərdə ittiham olunan 29 nəfər Tehranın Evin həbsxanasında edam olunub.

Edam olunanlar arasında zorakılıq, silahlı basqın və oğurluqda ittiham olunanlar da var. Ölkənin ali məhkəməsi ölüm hökmü haqqında qərar çıxardıqdan sonra edam həyata keçirilib.

Bununla da 2008-ci ildə İranda edam olunanların sayı artıq yüzə çatıb. Ölüm hökmü verilərək edam olunanların sayına görə İran dünyada irəlidə gedən ölkələrdən biridir.
azadliqradiosu

İran BMT Təhlükəsizlik Şurasının üzvü olmaq istəyir

İran BMT Təhlükəsizlik Şurasının üzvü olmaq istəyir

İran BMT Təhlükəsizlik Şurasının üzvü olmaq istəyir. Xarici işlər naziri Mənuçöhr Möttəki İranın Asiyanı təmsil etmək istəyini dəstəkləməyə çağırıb.
Hazırda Asiyanı BMT Təhlükəsizlik Şurasında İndoneziya təmsil edir. İran isə 2010-2012-ci illərdə Təhlükəsizlik Şurasının üzvü olmağa can atır. Lakin ekspertlər Asiyanın təmsilçisi kimi Yaponiyanın şansının daha böyük olduğunu bildirirlər.
Möttəkinin fikrincə, İranın Təhlükəsizlik Şurasına üzvü olması təşkilatın işinin effektivliyini artıra bilər. Lakin müşahidəçilər qeyd edirlər ki, Liviyanın 2008-ci il yanvarında BMT Təhlükəsizlik Şurasına üzv olmasından sonra təşkilatın fəaliyyəiti çətinləşib. İranın təşkilata üzv olması isə vəziyyəti bir qədər də gərginləşdirə bilər.
lent.az

MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN ÜNVANI – ZİYARƏTGAHLARIMIZ

MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN ÜNVANI – ZİYARƏTGAHLARIMIZ

Azərbaycan tarixinin tədqiq edilməsi ayrı-ayrılıqda bütün bölgələrimizin keçmişinin öyrənilməsini zəruri edir. Qədim yaşayış məskənlərindən olan cənub zonasında da öyrəniləsi kifayət qədər çox yerlər var. «Babagil» ziyarətgahı Lənkəran-Lerik yolunun 40-cı kilometirliyində yerləşir. Pir ölkə əhəmiyyətli abidə kimi XV-XVI əsrlərə aid edilir. Tarixi mənbələrə əsasən İranın Kəskər vilayətindən bura köç edən seyid, 7-ci İmam Museyi-Kazımın nəslindən olub. Xalq arasında böyük rəğbət qazandığından onun və yaxınlarının məskunlaşdığı bu ziyarətgah «Babagil» adlandırılıb. Qədim yaşayış yerində müxtəlif qəbir daşları və qoç heykəlləri var. Müqəddəs yer sayıldığından burada nə varsa indiyədək olduğu kimi qorunub saxlanılıb. Eləcədə inanclar. Ziyarətgahda min ilə yaxın yaşı olan ağaclarla yanaşı başqa bölgələrdə rast gəlinməyən bir ağac növü də bitib. Şimşad ağacının nədən yalnız pirlərin ətrafını bəzəməsi bizə sirdir. Daşlar üzərində əks olunan fiqurlar kimi.
versiya