azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

15 Temmuz 2008 Salı

تورم مواد غذایی ایران، در آستانه رسیدن به ۵۰ درصد!


آزاد تبریز- بررسی مقایسه‌ای آمارهای اعلام‌شده توسط بانک مرکزی، از قیمت خرده‌فروشی مواد غذایی در هفته‌ منتهی به 21/4/87 (هفته گذشته) و هفته منتهی به 22/4/86 از تورم 82 / 45 درصدی مواد غذایی خبر می‌دهد.

به گزارش «تابناک»، این رقم میانگین تورم متوسط یازده گروه از مواد غذایی است که قیمت آنها در سایت بانک مرکزی درج شده است. جالب آن‌که بر اساس این آمار، بهای گروه میوه‌های تازه نسبت به سال قبل 5 درصد کاهش داشته است، اما ده گروه دیگر، شاهد افزایش قیمت بوده‌اند.

در این میان گروه برنج با 238 درصد، رکورددار تورم مواد غذایی است و تورم دیگر گروه‌های مواد غذایی به این شرح است:



شاخص‌های فوق در حالی به دست آمده‌اند که قیمت‌های فرض شده توسط بانک مرکزی در بسیاری از موارد مربوط به سال‌های قبل است. برای مثال، قیمت کره و پنیر پاستوریزه در گزارش‌های مذکور طی یک سال گذشته تقریبا ثابت فرض شده‌اند. در حالی که قیمت این کالاها در هفته‌های اخیر حتی توسط شرکت دولتی پگاه 30 تا 50 درصد گرانتر از سال گذشته به فروش می‌رسند.

14 Temmuz 2008 Pazartesi

QUBA MƏZARLIĞINDA






Ermənilərin 1992-ci ilin fevralında törətdiyi Xocalı soyqırımına dünyanın diqqətini cəlb etmək istədiyimiz vaxt Qubada, Qudyalçayın ətrafında azərbaycanlılara qarşı vəhşi cinayətlərdən xəbər verən kütləvi məzarlıq aşkarlandı. XX əsrin əvvəllərinə aid bu məzarlığın üzə çıxması tam təsadüfdür.

2007-ci il aprel ayının 1-də burada kafe sahibi olan bir nəfər ərazini genişləndirmək niyyəti ilə qazıntı işləri apararkən yerin altından bir qalaq insan sümüyü çıxır. Əvvəlcə həmin sümükləri yığıb çaya atırlar. Qazıntı davam edəndə isə insan sümüklərinin kütləvi şəkildə üzə çıxdığını görən kafe sahibi Quba Rayon İcra Hakimiyyətinə məlumat verir. Bu xəbər Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna çatır. Aprelin 8-dən 11-dək ilkin tədqiqat işləri aparılır, məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdyii soyqırımla bağlı olduğu müəyyənləşdirilir.

Sonradan institutun elmi şurası bu məsələyə daha dəqiq aydınlıq gətirilməsi üçün məzarlıqda geniş arxeoloji tədqiqat aparılmasını məsləhət bilib. Tədqiqat işlərinin indiki durumunu öyrənmək məqsədilə Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə iyulun 12-də yerli və xarici kütləvi informaysiya vasitələrinin 30-a qədər nümayəndəsi də məzarlığa baş çəkib.

İyun ayında Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Luis Mariya de Puiq də Milli Məclisin spikeri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Qubada olarkən azərbaycanlılara qarşı 1918-ci ildə ermənilərin törətdiyi soyqırım barədə məlumat verilib, məzarlıqdan çıxarılan insan qalıqlarından nümunələr göstərilib. O vaxt jurnalistlərə açıqlama verən AŞPA prezidenti demişdi ki, məzarlıqda tapılan insan qalıqları dəhşətli soyqırımın nəticəsidir: «Mən bunu kimin törətdiyini deyə bilmərəm. Amma bu, dəhşətli soyqırımdır. İnsanların vəhşicəsinə öldürüldüyünü öz gözlərimlə gördüm».

Bu səfərdən sonra parlamentin yaz sessiyasınn son iclasında çıxış edən spiker Oqtay Əsədov da Quba məzarlığından söz açaraq ermənilərin ötən əsrin əvvəllərində xalqımıza qarşı törətdiyi soyqırım faktını bütün dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər kəsin fəaliyyət göstərməsinin zəruri olduğunu bildirdi. Oqtay Əsədovun bu çağırışıına ilk cavab verən Parlament Jurnalistlər Birliyi oldu. Yeri gəlmişkən, səfərin təşkilində Qubadan deputat seçilən Vahid Əhmədovun xüsusi təşəbbüsü olduğunu da qeyd etmək lazımdır.

Şaumyanın soyqırım tapşırığı

Məzarlıqda tapılan insan qalıqlarıyla bağlı məlumatı AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Qəhrəman Ağayev verdi. Onun sözlərinə görə, ermənilər 1918-ci il mayın 1-dən 10-na qədər yerli camaata divan tutublar: «Arxiv materiallarında erməni generalı Hamazasın azərbaycanlıları qırmaq üçün Qubaya, Lalayanın isə mərkəzi və cənub bölgəsinə göndərilməsi faktları var. Bu tapşırığı onlara Xalq Komissarları Sovetinin sədri Şaumyan veribmiş».

Q.Ağayev arxivdə Hamazasın cavab məktubunun olduğunu da qeyd etdi: «O yazır ki, yoldaş Şaumyan, biz artıq vəzifəmizi yerinə yetirdik, Quba qəzasında 10 mindən çox adam qırmışıq. Qubanın təkcə bu ərazisində iki mindən çox adam qətlə yetirilib. O vaxt Fovqəladə Hallar Komissiyasının üzvü olan Novitski də bu faktı öz yazışmalarında təsdiq edib».

Erməni cinayətlərinin qarşısı Nuru Paşanın rəhbərliyi ilə türk qoşunlarının köməyə gəlişindən sonra alınıb. 1918-ci il mayın 11-də Qanlı dərə ərazisinə sıxışdırılan ermənilər qaçmağa müvəffəq olmayıblar.

Ermənilər dinc əhalini hamamda boğub quyulara töküblər

Tədqiqat zamanı erməni vəhşiliyini sübut edən danılmaz faktlar aşkarlanıb. Q.Ağayevin dediyinə görə, burada 2 quyu aşkarlanıb: «Birinci quyunun dərinlyi 4 metr 70 santimetr, diametri 5 metrdir. İkinci quyunun diametri 2,5 metr, dərinliyi isə 2 metrdir. Sürüşmə nəticəsində ikinci quyudan indi əsər-əlamət qalmyaıb».

Məzarlığın şərq-qərb hissəsində aparılan qazıntı zamanı məlum olub ki, buradan iki arx da keçirmiş. Mənbəyi Qudyalçaydan başlayan arxlardan biri dəyirmana, biri də əkin sahələrini suvarmaq üçün nəzərdə tutulubmuş. İndi qazıntılar 500 kvadratmetrlik ərazidə aparılır. Antropoloqların rəyinə görə, quyulardakı sümüklərlə arxlardakı sümüklər arasında fərq var: «Quyulardakı sümüklərin əkəsriyyəti yığılıb. Bizim ehtimalımızı yerli camaat da təsldiqlədi. Biz deyirdik ki, bu insanları hamamda boğub sonra gətirib burada basdırıblar. Sonra ekspertlər də bunu təsdiqlədilər. Zavallı insanları yaxınlıqdakı Çuxur hamamda buxarda boğublar. Bir nəfər şahid qadın da var. O vaxt 7 yaşında olub. Deyir ki, onlar qaçıb canlarını qurtarıblar, həmin adamları isə hamama yığıblar. Şahid xatırlayır ki, kənardan hamamdakı insanların ah-naləsinin eşidib. Bu sübut edir ki, ermənilər insanları parda diri-diri boğub sonra gətirib quyulara töküblər».

Qırılan insanların sayı çox olduğundan ikinci quyuya ehtiyac yaranıb. Q.Ağayevin sözlərinə görə, quyuları yerli adamlara qazdırıblar, sonra isə onları öldürüb arxlara töküblər: «Proses 7-8 gün davam edib. «Pristav bağı» adlanan bu əraziyə heç kim yaxın düşə bilmirmiş. Ermənilərin məqsədi də bu olub, belə yamac yerində, Qudyalçayın sahilində məzarılq salıblar ki, zaman keçdikcə su yuyub cinayətlərinin izini silsin».


14 nəfərlik ailənin vəhşicəsinə qətliamı


Qətlə yetirilənlərin etnik tərkibinə gəldikdə isə tədqiqatçı alim deyir ki, Qubada azərbaycanlıların kompakt yaşadığı şübhəsizdir: «Amma burada ta qədimdən ləzgilər, avarlar, tatlar və yəhudilər də var. Ermənilər isə heç vaxt milliyyətə əhəmiyyət verməyib, qarşısına çıxanları öldürüblər. Düzdür, ermənilərdə syiahı olub, bu, arxiv materiallarında da var. Məsələn, bir ailədə 14 nəfəri öldürüblər. Köprələrdən başlayıb sonda baba ilə nənəni qətlə yetiriblər»

İlkin tədqiqat zamanı o da müəyyənləşdirilib ki, quyulardakı sümüklərin əksəriyyəti qadınlara, uşaqlara və yaşlı kişilərə məxsusdur.

Digər bir məlumata görə, məzarlıqda tapılan sümüklərin əksəriyyəti 60 yaşına qədər olan kişilərindir: «Cavanlar azdır, amma uşaqlar kifayət qədər çoxdur».

Qalaq-qalaq cəsəd

Bu günə olan məlumata görə, məzarlıqda 196 kəllə tapılıb. Axırıncı iyulun 11-də üzə çıxıb. İnsanların sayının kəllələlərə görə hesablanmasının isə özəl səbəbi var. Q.Ağayevin dediyinə görə, qətlə yetirilən insanları elə hala salıblar ki, indiyədək bir dənə bütöv skelet aşkar edilməyib: «Bu səbəbdən insanların sayını ancaq kəllə sümükləri ilə müəyyən edirik.

Ayrı-ayrı insanların kəllə sümüklərinin fraqmentləri var, onlar hələ siyahıda deyillər. Tədqiqat başa çatdıqdan sonra siyahıya əlavə edəcəyik».

Tədqiqat zamanı məlum olub ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər: «Buradakı insanların kəllə və digər sümüklərində bir dənə güllə yeri yoxdur. Hamısını küt alətlərlə öldürüblər. 4 əlamət deyəcəyəm: birincisi, başın sağ nahiyəsindən balta ilə vurublar. İkincisi, xəncərdən istifadə ediblər, bir, ya da iki zərbə ilə başı bədəndən ayırıblar. Üçüncüsü, bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. Mismarla gicgahdan, bir də beyin hissəsindən vurublar. Dördüncüsü, kəllənin beyin hissəsinin içərisinə də mismarla zərbə endirildiyini müəyyənləşdirmişik».

Ən maraqlı faktlardan biri də məzarlıqda heç bir bəzək əşyasının, pal-paltarın tapılmamasıdır. Bu isə onu göstərir ki, ermənilər bu insanları soynudurub işgəncə verərək öldürüblər.

14 yaşında qıza qarşı erməni vəhşiliyi

Tədqiqatçı alim erməni qəddarlığını sübut edən daha bir faktdan danışır: «Araşdırmamız zamanı 14 yaşlı qızın başına nə cür oyunlar açıldığını da müəyyənləşdirmişik: «Burnunu və qulaqlarını kəsiblər, sonra mismarla gicgahının hər iki hissəsindən zərbə vurublar».

Son söz əvəzi

Bu, ermənilərin ötən əsrdə azərbaycanlılara qarşı törətdiyi amansızlığın daha bir təkzibolunmaz nümunəsidir. Qubada törədilən qətliamın dünya ictimaiyyətinə çatdırılması üçün kifayət qədər dəlil-sübut var. Arxeoloqlar və etnoqraflar bu vəhşiliyin hər bir izinin qorunub saxlanmasına çalışırlar. Qeyd etdiyimiz kimi, Milli Məclisin sədri Oqtay Əsədovun təşəbbüsünə dəstək verən Parlament Jurnalistlər Birliyi də öz vətənpərvərlik missiyasını yerinə yetirdi. Jurnalistlərin bu vətənpərvərliyinə deputat kimi Vahid Əhmədov da yetərincə dəstək verdi. Amma ermənilərin bu qətliamını dünya ictimaiyyətinə çatdırmaq üçün çox iş görmək lazımdır. Qubadakı məzarlıqda tədqiqat davam edir, son söz hələ deyilməyib. Lakin buraya baş çəkib on dəqiqə seyr etmək kifayətdir ki, daha bir erməni vəhşiliyinin şahidi olasan.

Q.Ağayev ərazidə tədqiqatlar başa çatandan sonra burada soyqırım abidəsi ucaldılacağını istisna etməyib.

P.S. Ümumilikdə Quba qəzasında bir neçə dəfə törədilən qırğınlar nəticəsində 16 min dinc sakin qətlə yetirilib, 122 kənd və 26 məscid yandırılıb. Təkcə Quba şəhərində 105 ev və digər tikili yandırılaraq məhv edilib. Qubada erməni cəlladlarının qarət etdiyi əmlakın dəyəri isə həmin dövrün qiymətləri ilə 4 milyon manat nəğd pul, 4,5 milyon manat qızıl-zinət və 25 milyon manatlıq ev əşyaları olub.


Azər HÜSEYNBALA

المیرا از تبریز

باعرض سلام

می خواستم این موضوع را به عرضتان برسانم که در این وضعیت بسیار حساس حکومت که می توانم این را به حتم بگم که سال 2008 سال پایان عمر این رژیم است در اذربایجان جنوبییک تلوزیون قدرتمند مبارز در حد تمام وجود ندارد و این مسیله برای ملت اذربایجان بسیار گران تمام خواهد شد که این موضوع امروز برای ما مشخص شد که تلوزیون شهرام همایون (کانال یک) امروز اعلام کرد که بعد هفتم تیر بعد از شهر های اصفهان تهران شیراز و مشهد در تبریز با برنامه های بسیار دقیق تظاهراتی برگزار خواهد شد که نگید امکان ندارد چون الان کانال گوناز در ایران قابل مشاهده نمی باشد که تقریبا دو سال است کانال یک شهرام همایون بسیار پوپیلار و محبوب شده است بین مردم اذربایجان و این یک ضربه مهلکی است که بر پشت مردم اذربایجان خواهد خورد یعنی این وضعیت را طوری باید تشریح کرد که مردم اذربایجان خود نشستند و دیگران برایش تصمیم گیری می کنند و دلیل آن را من اینگونه می دانم که اذربایجان تلوزیونی قوی مثل کانال یک و گوینده ای با چهره مبارزاتی نداریم که حرفش مثل خنجر باشد آقای اوبالی در گوناز تیوی که خیلی موفق هم است به درد آگاهی رسانی وغیره میخورد و به درد حرف زدن مبارزاتی نمیخورد چون هر شخصی یک کاراکتر مخصوص به خود را دارند

گوناز تیوی تقریبا حدود دو سال است که از مسیر ترک ست رفته بیننده هاش دیگر از عموم مردم نیستند بغیر از تعدادی فعالین و غیره تلوزیون کارش این است که اطلاع رسانی اش در حد عموم مردم باشد چون کار را هم این مردم تمام می کنند من دستور نمی دهم و فقط گوشزد می کنم برای شما که در این مقطع بسیار سرنوشت ساز باید گوناز تیوی یا کانال دیگری بر روی مسیر پربیننده هاتبرد بیایید در زمان بسیار بسیار کوتاهی که خیلی لازم است هر طوری که امکانش وجود دارد یک تلوزیون در فاز مبارزاتی بسیار قدرتمند و سازمان ده مثل کانال یک فارسها اگر این کار موثر بود باید فرکانس تلوزیون اذربایجانی بر روی یکی از تلوزیون های فارسی زبان بیاید مثل کانال فارسی زبان رنگارنگ تا وقت و زمان برای شناخته شدن فرکانس ها ی کانال مبارز حدر نرود و مردم از روز دوم به تماشای برنامه های مبارزاتی بپردازند

ببینید من در داخل ایران زندگی می کنم و از وضعیت ایران بسیار آگاه هستم در حالت انفجاری به سر می رود و تا کنون به این حد نرسیده بود و امکان این وجود دارد که یک روز بعد یا یک هفته بعد این وضعیت فعلی بهم بخورد و قیام هایی رخ دهد تا این وضع شرایط حساس و بحرانی است اگر شما ها و ماها در خارج و داخل سعی تلاش لازم را انجام ندهیم دیگر کار از کار می گذرد و این موقع بحرانی در ایران تا صد سال دیگر هم اتفاق نیفتد و تا آن سالهایی که این موقعیت دوباره اتفاق بیفتد اینو بدونید که دیگر ملتی بنام ترکهای آذربایجانی در ایران وجود نخواهد داشت تا استقلال خود را به دست بیاورند چون با سیاست های این قوم های فاشیست این ملت ایزوله و از بین خواهد رفت و ...........................

وقت بسیار تنگ است

بسیار تنگ است

بسیار تنگ است باید از همین لحظه دست به کار شد

المیرا از تبریز

BU MİLLƏTİN AYINI, ULDUZUNU QARALTMAYIN!

BU MİLLƏTİN AYINI, ULDUZUNU QARALTMAYIN!


”Bayrağımız ideya qaynağımızdır”

Əbülfəz Elçibəy



Çağdaş Azərbaycan milli hərəkatı milli-mədəni fazda ciddi müvəffəqiyyətlər qazandıqdan sonra milli-siyasi müstəviyə keçiş sürəcinin ağrılarını, sancılarını yaşasa da, irəliləməkdə və artıq ciddi bir gerçəklik kimi qlobal dünya siyasətinin diqqət mərkəzinə çevrilməkdədir.

Qurtuluş mücadiləsi vermiş və ya verməkdə olan millətlərin milli hərəkatlarının təcrübəsinə baxdığımızda çağdaş Azərbaycan milli hərəkatının yaşadığı bu ağrıların, sancıların sadəcə bizim hərəkata məxsus olmadığını, dolayısı ilə, yaşanması və aşılması gərəkən normal bir sürəc olduğunu görə bilərik. Şübhəsiz ki, ağrılı, sancılı bu sürəcin aşılmasında Azərbaycan aydınının və milli hərəkat fəallarının üzərinə ağır məsuliyyət və vəzifələr düşməkdədir.

Çağdaş Azərbaycan milli hərekatının milli-mədəni fazdan milli-siyasi faza sürətli bir biçimdəkeçmişdir. Bu sürətli keçişi arxada buraxdığı sürəcdə qazandığı böyük nailiyyətlərlə yanaşı, həm də uluslararası siyasi şərtlərin olumlu bir biçimdə oluşması ilə izah etmək heç də yersiz olmaz. Ancaq bu sürətli keçiş müsbət yönləri ilə birlikdə, yeni mərhələyə yetərli hazırlığımızın olmaması ucbatından bir sıra sıxıntıları da bərabrində gətirmişdir. Keçmiş hərəkatlarımızın da təcrübəsinə dayanaraq, bu sıxıntıların düzgün təsbiti və ortadan qaldırılması çağdaş hərəkatımızın öz hədəflərinə doğru axsamadan irəliləməsi üçün olmazsa-olmaz şərtdir. Bəhsini etdiyimiz bu sıxıntılar, özəlliklə də nəzəri-ideoloji və siyasi planda özünü açıqca göstərməkdədir.

Bu gün Azərbaycan milli hərəkatı bütün güclü tərəfləri ilə yanaşı, nəzəri-ideoloji planda hərəkatın təməl daşı kimi milli ideologiyanın əhəmmiyyətinin lazımi səviyyədə dərk edilməməsi, var olan tek milli ideologiyamızın-Müsavatçılığın yetərincə öyrənilməməsi, Azərbaycan milli hərəkatının ideoloji altyapısının möhkəmləndirilməmiş, yol xəritəsinin tamamlanmamış olması, bunların ortadan qaldırılması istiqamətində lazımı nəzəri fəaliyyətlərin aparılmaması, keçmişdəki hərəkatlarımızın, digər xalqlarin milli hərəkatlarının təcrübələrinin öyrənilməməsi və s. kimi, siyasi planda ise, milli təşkilatlanmanın yetərli səviyyədə olmaması, milli-siyasi kadrların yetərsizliyi və s. kimi ciddi və bir an öncə həll edilməsi gərəkən problemlərlə üz-üzədir. Burada hərəkatın gündən-günə geniş vüsət almasından qorxuya düşən fars şovinizminin ideoloji, siyasi və hətta fiziki anlamda basqılarının getdikcə artdığını da nəzərə alırsaq, Azərbaycan milli hərəkatının nə dərəcədə ciddi və taleəhəmmiyyətli bir dönəməcdən keçdiyinin fərqinə varmış olariq.

Durum belə ikən, bu qədər ciddi problemlərlə üz-üzə ikən Azərbaycan milli hərəkatı ətrafinda yeni-yeni, həm də süni problemlərin yaradılmasının ən azından hərəkatımıza hər hansı bir yarar sağlamayacağı kəsindir.

Son günlərdə sıx-sıx ortaya atılan və gündəmimizi süni bir şəkildə məşgul edən problemlərdən biri də ”Güney Azərbaycan milli bayrağı !!!” mövzusudur. Əslinde bu mövzunu gündəmə gətirənlərin hamısını da eyni kateqoriyada göstərmək doğru deyildir. Yaxşı niyyətlərinə heç şübhə etmədiyimiz, Azərbaycan milli hərəkatına tamamilə bağlı feallar olduqlarına inandığımız bir qrup bu gün Azərbaycanın güneyində cərəyan edən hərəkatın bir simvola ehtiyacı olduğunu, bu simvolun Azərbaycanın bütün potansiyelini bir araya gətirəcəyinə inandıqlarını ifadə edir və məlum tərhi Azərbaycan fəallarının müzakirəsinə verir. Bu qrupun öz təkliflərini ”milli bayraq” olaraq deyil, ”milli simvol” olaraq tanimlamaları, eləcə də, daha öncəki ”milli bayraq” təşəbbüskarlarından fərqli olaraq diktə yolu ilə deyil, tam konsensus yolu ilə təsdiq elətdirməyə çalışmaları təqdirəlayiq bir haldır. Ancaq, bu dəyərli fəallarımızın diqqətini bir necə nöqtəyə cəlb etməyi isə özümə borc hesab edirəm:
1. Bir hərəkəti, özəlliklə də uluslararası arenada sadəcə simvollar təmsil edə bilməz. Hər hansı bir hərəkət ideoloji altyapısının möhkəmliyi, ideallarrının, hədəflərinin aliliyi, potansiyelinin genişliyi, proseslərə təsir imkanlarının böyüklüyü, rəhbəriyyətinin güclülüyü, siyasi kadrlarının yüksək səviyyəsi və ..., eləcə də simvolları ilə birlikdə təmsil olunduqda daha güclü görünər. Demək ki, həll edilməsi gərəkən simvoldan daha öncəlikli problemlərə yönəlməmizdə yarar vardır.
2. Simvollar milli idealları, amalları əks etdirdiyində, milli varlığımızla bütünləşdiyində milli olar. Milli ideologiyani təmsil edən bayrağin çizgilərini əyib-büzməklə, onu qaralamaqla milli simvol yaradılmaz.
3. Simvolların illa da bayraq olması gərəkməz, ancaq milli hərəkata illa da bayraq formasinda bir simvol gərəkli ise, bu simvol-bayrağın tərhini hansisa bir terrahın fantaziyalarından deyil, qəhrəmanlıqlarla dolu tariximizdən götürmək daha məntiqli olmazmı? Məsəla Ulu Babəkin bayrağı. Ərəbin qara rəngindən Babəkin qırmızı rengli bayrağı daha yey deyilmi? ( diqqət: bu bir bayraq və ya simvol önərisi deyil, fikrimizi tamamlamaq üçün verilən bir örnəkdir).
4. Dialoq üçün belə sağlam bir mühitin formalaşmadığı, gərginliklər və ziddiyyətlərlə dolu bir dönəmdə önərilən bu və ya başqa hər hansı bir simvolun azərbaycan milli hərəkatı sıralarında yeni ziddiyyətlər və gərginliklərin qaynağı olmayacağından əminsinizmi?
5. Azərbaycan milli hərəkatının davamı və irəliləməsi üçün onu ideologiyası ilə, strateji hədəfləri ilə, taktiklər məcmuesi ilə, daxildəki və xaricdəki potansiyeli ilə, ictimai və siyasi təşkilatları ilə və s. bütöv bir sistem halına gətirmək, tərkib hissələrinin bir-biri ilə ahəngdar vəhdətini saglamaq günümüzün önəmli zərurətidir. Daban-dabana zidd olan ve bir arada olmaları mümkün olmayan ünsürləri isə eyni sistemin içərisinə yerləşdirmək sistemin öz içindən çöküşünü sağlamaqdan başqa bir işə yaramaz. Örnəyin, bir-birini inkar edən ”Bütöv Azərbaycan milləti” anlayışı ilə ”Quzey Azərbaycan milləti” və yaxud ”Güney Azərbaycan milləti” anlayıslarının eyni düşüncə sisteminin içində yer almasi mümkün deyildir.
6. Mən Sizlərin daha öncəki ”milli bayraq təşəbbüskarları”nın yaratdığı olumsuz ortamla bağlı qayğılarınızı tamamilə başa düşür və saygı ilə qarşılayıram. Ancaq, atalar demişkən, qanı qanla yumaq olmaz. Yanlışı eyni metodla düzəltməyə çalışmaq, nəinki yanlışı ortadan qaldırmaz, hətta Azərbaycan milli hərəkatında yanlışlar zincirinin oluşmasına zəmin yaradar.
7. Və son olaraq, yaxşı niyyətlə müzakirəyə çıxardığınız ”milli simvol” önərisinin Azərbaycan milli hərəkatının hədəflərinə və mənfəətlərinə qarşı çıxmaqdan çəkinməyən kəsimlər tərəfindən dərhal ”Güney Azərbaycan milli bayrağı!!!” tanımlaması ilə lanse edilməsi Sizlərə bir şeylər ifadə edirmi?

Məsələni ”milli simvol” olaraq deyil, ”Güney Azərbaycan milli bayrağı” şəklində tanımlayan bir qrup ise, əslində müxtəlif niyyətlərlə mövzuya yanaşsalar da, biz şərti olaraq, hamısını eyni kateqoriyada ələ alır, hamısının yaxşı niyyətinə inanmaq istədiyimizi bəri başdan ifadə edirik. Ancaq niyyətin yaxşı olmasına inancımızın mahiyyətin doğru olduğu anlamına da gəlmədiyi hər kəsin məlumudur.

Mahiyyəti incələməyə keçmədən öncə bayraq çeşidlərinə və bunların bir-biri ilə olan fərqinə ötəridə olsa, toxunmaqda yarar vardır. Günümüzdə, əsasən üç bayraq çeşidi ilə sıx-sıx rastlaşırıq: 1. dövlət bayrağı, 2. milli bayraq, 3. teşkilat bayrağı.
Dövlət bayrağı: Dövlətlərin hakimiyyətini, suverenliyini təmsil edər. Dövlət bayrağı milli bayraq olmaya da bilər. Örnəyin, Kosova öz müstəqilliyini əldə etdikdən sonra dövlətin sınırları içərisində yaşayan digər etnik qrupların da varlığını nəzərə alaraq, parlament milli bayrağı deyil, yeni bir bayrağı dövlət bayrağı olaraq qəbul etdi.
Milli bayraq: Bir millətin ideallarını, amallarını təmsil edər. Bir bayraq, əgər arxasında millətin milli ideologiyası, milli təfəkkür sistemi durmuşsa, milli bayraqdır. Milli bayraq dövlət bayrağı olmaya da bilər. məsəla, Sovetlər birliyi dönəmində Azərbaycan Respublikasının ayrıca dövlət bayrağı vardı, lakin bu bayraq kəsinliklə Azərbaycan milli bayrağı deyildi. Bu gün isə, 1918-dən bəri var olan milli bayrağimiz Azərbaycanın quzeyində həm də müstəqil Azərbaycan Dövlətinin bayrağıdır.
Təşkilat bayrağı: Müxtəlif iqtisadi, ictimai, siyasi və b. qurum və quruluşları təmsil edər.

Bu qısa müqəddimədən sonra, daha öncəki təşəbbüskarlara sorub cavabını ala bilmədiyimiz bir neçə sualı yeni ”Güney Azərbaycan milli bayrağı!!!” təşəbbüskarlarına yönəltməmizdə yarar vardir.
1. Bildiyimiz kimi, ”milli” sözü ”millət” kök sözündən yaranan, ”millətə məxsus”, ”millətə aid” anlamını ifadə edən bir sözdür. ”Güney Azərbaycan milli bayrağı” ifadəsi isə, Azərbaycan türkcəsi qramatikasına görə ikinci növ təyini söz birləşməsi olub Güney Azərbaycan millətinə(?) aid bayraq anlamına gəlməkdədir. Zənnimizcə işin buraya qədərini düzgün bir biçimdə çözə bildik. Çözə bilmədiyimiz məqam isə bu yeni ortaya çıxan ”Güney Azərbaycan milləti” ifadəsidir. Bu yeni millətin tanımı nədir? Özəllikləri nədən ibarətdir? Onu güneyli-quzeyli Azərbaycan türk millətindən fərqləndirən məqamlar hansılardır?
2. İrəli sürdüyünüz bu ”Güney Azərbaycan milləti” anlayışını fars şovinizmi və rus imperiyasının sadəcə siyasi-inzibati mənada parçalaya bildiyi, ancaq dili ilə, mədəniyyəti ilə, mənəviyyatı ilə, amalları və idealları ilə bütöv olan bir milləti mənəvi və ideoloji baxımdan parçalamağa, dolayısı ilə farsın və rusun başlatdığı, ancaq tamamlaya bilmədiyi bir işi tamamlamağa xidmət edən bir anlayış olaraq görmürsünüzmü? Sizcə, bu anlayiş, rus imperiyası və fars şovinizminin ortaq iradəsi qarşısında qeydsiz-şərtsiz təslimçilik, çarəsizcə beyət psixologiyasının tam ifadəsi deyildirmi? Azərbaycanın quzeyinin və güneyinin ayrı-ayrı siyasi otoritələrin altında olması Quzeydə yaşayanlarla Güneydə yaşayanların ayrı-ayrı millətlər olması anlamına gələ bilərmi? Bizcə gəlməz. Necə ki viyetnamlılar gəlmədi, necə ki almanlar gəlmədi. Sizcə?
3. Yuxarıda qeyd etdiyimiz kimi, milli bayraq millətin milli təfəkkür sistemini əks etdirər. Azərbaycan milli ideologiyasının simgəsi olan üçrəngli, parlayan ay-ulduzlu milli bayrağımızdan fərqli bir ”Güney Azərbaycan milli bayrağı” ortaya çıxarılırsa, ayrı bir fikir sistemini, ayrı bir milli ideologiyanı təsil edir deməkdir. ”Güney Azərbaycan milli bayrağı”nın arxasında duran ideologiyanın əsasları nədən ibarətdir?
4. Milli bayrağımızın, həm də Azərbaycan Respublikasının dövlət bayrağı olması uluslararası platformada hər hansı bir sorun qaynağı deyildir. Hüququn aliliyini hər zaman ön planda tutan dövlətlərin sınırları içərisində Güneydən olan soydaşlarımızın üçrəngli, parlayan ay-ulduzlu milli bayrağımız eşliyində keçirdiyi saysız aksiyaların heç birində heç kimsə onlara ”bu bir hüquq pozuntusudur” deyə müraciət etməmişdir. Finlandiya kimi bir hüquq dıvləti sınırları içərisində yaşayan İsveç kökənlilər (toplam əhalinin 10%-ini təşkil edir.) məxsus günlərdə İsveç dövlət bayrağını qaldırarlar. Hələ bu günə qədər kimsə onları uluslararası hüququ pozmaqda ittiham edərək bu haqlarından imtina etməyə dəvət etməmişdir. Görəsən, uluslararası hüququ əsas gətirərək (əsassızdır), gündəmə gətirdiyiniz ”Güney Azərbaycan milli bayrağı” dartışmaları var olan milli bayrağımızı və onun təmsil etdiyi ideyaları Azərbaycanın güneyində cərəyan edən hərəkatımızın yaddaşından silməyə yönəlik cəhdlərin tərkib hissəsi ola bilərmi? ”Güney Azərbaycan milli bayrağı canfəşanlığının son günlərdə M. Ə. Rəsulzadə və onun ideyalarına qarşı daha intensiv bir şəkildə aparılan məqsədli fəaliyyətlərlə eyni zamanda ortaya çıxması sadəcə bir təsadüfdən ibarət ola bilərmi?
5. Makedoniya öz müstəqilliyini əldə etdikdən sonra milli bayrağını dövlət bayrağı olaraq qəbul etdi. Ölkə sınırları içərisində yaşayan makedon vətəndaşlarının bu bayraqdan təsirlənəcəyini düşünən Yunanistan bu mövzudan duyduğu rahatsızlığı uluslararası arenaya daşıdı. Bunun nəticəsində bayrağını dəyişdirməzsə, müstəqilliyinin tanınmayacağı təhdidlərinə qədər varan basqılara baxmayaraq, müstəqilliyinin tanınmaması bahasına olsa belə, Makedoniya öz bayrağını dəyişdirmədi. Çünki bayraq asan yaradılmır(Bayraqları bayraq yapan üstündəki qandır). Çünki bayraq bizdə sanıldığı qədər ucuz deyildir. Hər kəs əlinə bir neçə rəngli qələm alıb bu millətə milli bayraq yaratmağa çalışırsa, bayraq qavramımız sudan belə ucuza düşməzmi?
6. Kürdlər ayrı-ayrı coğrafiyalarda, ayrı-ayrı siyasi hakimiyyətlər altında yaşamalarına, dillərinin bir-birini anlamayacaq dərəcədə fərqli olmalarına və s. baxmayaraq, hər vasitədən istifadə edərək (o cümlədən bayraqdan) özlərini vahid bir millət kimi dünyaya təqdim etmişlər. 1920-ci ildə bu günkü Türkiyə kürdləri içərisindən çıxdığı iddia edilən bayrağı 1945-1946-da İran kürdlərinin qurduğu ”Mahabad dövləti” rəsmi dövlət bayrağı olaraq qəbul etdi. Həmin bayraq bu gün İraqın quzeyində yaradılan muxtar kürd dövlətinin bayrağı olmaqla birlikdə, həm də bütün kürdlərin milli bayrağı olaraq təqdim edilməkdədir. Kürdlərdə vəziyyət belə ikən, bizim sıralarımızda bəzilərinin bütün vasitələrdən istifadə edərək, Azərbaycanın güneyi ilə quzeyi arasında süni fərqliliklər yaratma cəhdləri nə anlama gəlir? Bu zehniyyət kimə xidmət edir?

yazının bu bölümündə üzümü dəyərli oxucuma tutub onlara səslənmək istəyirəm:
Hörmətli oxucu!
Gündəmimizi məşğul edən məlum mövzunun təşəbbüskarları(həm simgə olaraq təklif irəli sürənlər, həm də bunu bayraq olaraq tanımlayanlar) bilərəkdən və ya bilməyərəkdən gözümüzün önündə cərəyan etmiş cox yaxın tariximizi təhrif edərək, milli öndərimiz Ə. Elçibəyin adından istifadə edərək təşəbbüs-təkliflərini qəbul etdirməyə çalışırlar. Nə deyirlər? Deyirlər ki, ” Ə. Elçibəy Bütöv Azərbaycan Birliyi tərəfindən çap olunan ”Muxtəsər Azərbaycan Tarixi” kitabında yer alan tərhi gördüyünə görə və BAB kitabxanası seriyasından verildiyinə görə, demək ki, onu qəbul etmişdir”. Bir qrup isə daha da irəli gedərək iddia edir ki, Ə. Elçibəy kitabda olan bu tərhi Azərbaycanın güneyi üçün bəzilərincə ”Güney Azərbaycan milli hərəkatının simvolu, bəzilərincə ise ”Güney Azərbaycan milli bayrağı” olaraq təklif etmişdir.

Təhrifə yol verilməməsi və həqiqətin ortaya çıxması naminə, həm Bütöv Azərbaycan Birliyi sədrinin-Ə.Elçibəyin birinci müavini olaraq, həm də illərlə Elçibəylə bir yerdə yaşayan və onun, özəlliklə də Güneylə bağlı düşüncələri ilə çox yaxından tanış olma fürsətini yaxalamış sıravi bir Azərbaycan türkü kimi mövzu ilə ilgili bir sıra məqamlara aydınlıq gətirməyi özumə özümə borc bilirəm:
1.yuxarıda adi keçən kitab, kəsinliklə BAB tərəfindən çap olunmamışdır. Sadəcə olaraq, kitabın müəllifi BAB Sədrinin ideoloji məsələlər üzrə müavini Arif Rəhimoğluna (Allah uzun ömür versin. Yaşayır və istəyən müraciət edib soruşa bilər) müraciət edərək kitabın Bütöv Azərbaycan Birliyi kitabxanası seriyasından getməsində bir saxınca olub olmadığını soruşmuşdur. Arif bəy həmin kitabı Elçibəyə götürərək müəllifin ricasını ona çatdırmışdır. Elçibəy kitabı incələdikdən sonra möhtəvanı bəyəndiyini, kitabın Bütöv Azərbaycan Birliyi kitabxanası seriyasından getməsində bir saxınca olmadığını ifadə etmişdir. Məlum tərhdə ay-ulduzun nədən qara rəngdə olduğunu sorduğunda ise, Arif bəy ”bu gün Güney əsarətdədir. Güney istiqlalını qazandığında mən də ay-ulduzu ağardacağam” deyə müəllifin fikrini Bəyə Çatdırmışdır. Elçibəy ”bu da bir fikirdir” deyib məsələnin üstündən keçmişdir. Diqqət edərsəniz, bu dialoqda simvoldan və ya bayraqdan kəsinliklə söhbət getmir. Sadəcə olaraq, Elçibəy Güneyin istiqlalı arzusu ilə bağlı muəllifin xəyal gücünə hörmətlə yanaşaraq, ”bu da bir fikirdir” demişdir.
2. Kitabın kimin tərəfindən sponsorluq edildiyi, kimlər tərəfindən çap və nəşr olunduğu, eləcə də müəllifinin gerçək kimliyi bizə tamamilə məlumdur. Lakin siyasi etika gərəyi, özləri istəmədiyi müddətcə bu bizdə saxlı qalacaqdır.
3. Yuxarıda nöqtəsinə, vergulunə qədər verdiyimiz dialoqda, eləcə də adı çəkilən kitabda bayraq və ya simvol deyə tək bir sözün belə keçmədiyi halda, sadəcə BAB kitabxanası seriyasından gedən bir kitabda yer aldığına görə hər hansı bir rəsm əsəri və ya tərhin Elçibəyin Güneyə bayraq və ya simvol önərisi kimi təqdim edilməsini təşəbbüsün ideya babası və ya ideya babalarının məntiq zəifliyi ilə izah etmək sadəlövhlük olar deyə düşünürük.
4. ”Dil təfəkkürün yansımasıdır. Biz ”Güney Azərbaycan” və ya ”Quzey Azərbaycan” dediyimizdə təfəkkürümüzdə Azərbaycanın parçalanmışlığını qəbul etmiş, rus imperiyası və fars şovinizminin iradəsinə boyun əymiş kimi görünürük” deyə bizləri bu sözlərin yerinə ”Azərbaycanın güneyi”, ”Azərbaycanın quzeyi” kimi ifadələri işlətməyə çağıran Elçibəy Azərbaycanın güneyi üçün milli bayrağımızdan fərqli bir ”milli bayraq” təklif edərmi? Ayrı-ayrı millətlərin ayrı-ayrı milli bayraqları ola biləcəyini, eyni millətin isə sadəcə bir milli bayrağı ola biləcəyini bizlərə öyrətdiyi halda, Azərbaycanın güneyinə ayrıca bir milli bayraq təklif etməsi Elçibəyin özü-özünü inkar etməsi anlamına gəlməzmi? Elçibəyin özü özünü inkar edən bir lider olduğuna inanırsınızmı?
5. Elçibəy irsini araşdırıb öyrənənlər bilirlər ki, Elçibəyin bayraq mövzusu ilə bağlı təfsirə ehtiyacı olmayan konkret fikirləri vardır. bunlardan bəziləri:
*...Azərbaycanın güneyində yeni bayraq yaranmayacaq. Oraya bu bayraq gedəcək. (Elçi düşüncələri, səhifə: 115)
* Mən demişəm ki, bu bayraq Təbrizdə dalğalanacaq. Onu mərəndli də, təbrizli də, gəncəli də, bərdəli də sanca bilər. Onu sancan adamı mən bağrıma basacağam və o mənim qardaşım olacaq. Ancaq, onu mən sancsam, bu mənim böyük xoşbəxtliyimdir, ən böyük şərəfimdir. (Bütöv Azərbaycan Yolunda, səhifə: 280)
* Mən əminəm ki, yaxın vaxtlarda üçrəngli bayrağımız Azərbaycanın güneyində də dalğalanacaq. Azərbaycanın güneyində, əslində onu gizli olsa, daşıyırlar. (Bütöv Azərbaycan Yolunda, səhifə: 327)

Son söz:
Gəlin millətimizin qan bahasına, can bahasına əldə etdiyi dəyərləri birlikdə qoruyaq. Bu millətin ayını, ulduzunu qaraltmayın, işıq-ideya qaynaqlarını qurutmağa çalışmayın. Cızdır, yanarsınız!

Saygılarımla:
Çingiz Göytürk
13.07.2008

Regionda təhlükəli oyun: ABŞ-İran müharibəsi başlayırmı? (2)

Belə bir müharibənin başlayacağı təqdirdə digər ölkələrin münasibətinin tam olaraq necə olacağı bəlli deyil, amma hər iki tərəfin (ABŞ və İran) ciddi müttəfiqlərə sahib olduğu gerçəkdir. Aydındır ki, hər iki tərəf öz müttəfiqlərindən maksimum istifadə etməyə və hətta müttəfiqlərini aşıq vəya gizli formada müharibəyə cəlb etməyə çalışacaq. Digər səbəblərlə yanaşı həm də bu səbəbdən Avropa ölkələrinin əksəriyyəti İran və Amerika arasında hər hansı bir müharibənin əleyhinədirlər. Bu müharibə əgər ABŞ-ın qələbəsi ilə sonuclansa, bu Fars körfəzinin bütün karbonhidrogen ehtiyatlarının ABŞ-ın nəzarətində olmasına səbəb olaraq.



Digər tərəfdən İran Avropa iqtisadiyyatına ciddi dərəcədə təsir imkanına malikdir. Avropa banklarındakı pulları (çəkilməsi ilə bağlı mübahisələr davam etsə də) və bəzi Avropa ölkələrinə borclarının olması, müharibə olacaği təqdirdə bu borcların ödənilməməsi, enerji böhranı təhlükəsi ilə bərabər iqtisadi baxımdan Avropa üçün ciddi təhlükə mənbəyi sayılır Eyni zamanda, İranı dəstəkləyən fundamentalistlərin Avropaya yayılması, Qərbə və onun müxtəlif ölkələrdəki maraqlarına qarşı terror aksiyalarının törədilməsi Avropanın təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər. Bütün bu səbəblər həm ABŞ-ı, həm də onun müttəfiqlərini ciddi götür-qoy etməyə vadar edir.

Bu arada İİR ordusu iyul ayının 7-sindən etibarən yeni hərbi təlimlərə başlamış və Şahab-3 raketini bir daha sınaqdan keçirmişdir. Bununla da İsrail və ABŞ-a bir daha öz gücünü və İsrail ərazilərini vura biləcəyini xatırladıb. İranın Şahab-3 raketləri 2000 kilometrdə olan hədəfləri vurmaq iqtidarındadır. Bir çox mütəxəssislərin fikrincə bu növ raketlər nüvə başlıqları daşımağa qadirdir. Tehran yaxınlığında davam etdirilən yeni təlimlərdə müxtəlif ordu növlərindən ümumilikdə təxminən 20 min hərbçi iştirak edir.

“İİR”in beynəlxalq aləmə meydan oxuyan addımları birmənalı qarşılanmır. Böyük Britaniyanın Baş Naziri Qordon Braun SNN (CNN) telekanalına verdiyi müsahibədə bildirib ki, “İran” onun nüvə proqramının, nüvə silahı əldə etmək məqsədi daşımadığını sübut etməlidir. Braun bu çıxışıyla bir daha həm bu məsələdə Qərbin İranın nüvə silahı əldə etmə çalışmalarına artıq şübhə səviyyəsində yox yəqinlik səviyyəsində baxdığını bildirmiş olub, həm də bunun əksini sübut etmə məsuliyyətinin İranın üzərinə olduğunu vurğulayıb.

Qeyd edək ki ABŞ İtaliyanın da danışıqlara cəlb olunmasının tərəfdardır. Belə olan halda prosesdə ABŞ-ın mövqeyini dəstəkləyən ölkələrin sayının da artması da mümkündür. Qordon Braun bildirib ki, “biz istəyirik ki, İran nüvə və kütləvi qırğın silahlarının yayılmaması haqda beynəlxalq konvansionun bəndlərini pozmayacağı haqda tam və qəti öhdəlik götürsün və sübut etsin ki, bu məsələdəki müsbət mövqeyi qətidir”.

“İran”la Qərb arasında gərginlik davam etdiyi bir zamanda Avropada İİR əleyhinə mübarizə aparan və İran-İraq müharibəsinin sonlarında İrana böyük bir qoşun dəstəsiylə hücum edən Xalqın Mücahidləri təşkilatının üzvləri fəallaşma nümayiş etdirirlər. Bu təşkilatın hərbi qolu olan Milli Müqavimət Şurası on minlərlə tərəfdarını Parisə toplayaraq beynəlxalq aləmdən bu təşkilatın hərbi mübarizəsinə olan qadağaları ləğv etməyi tələb etdilər. ABŞ-ın və Avropa Birliyinin bu təşkilatı terrorçu təşkilat kimi tanımasına baxmayaraq, bir neçə ay əvvəl İngiltərə məhkəməsi Xalqın Mücahidlərinin siyası qolunun İngiltərədə fəaliyyətyinə icazə verdi və onları terrorçu təşkilat siyahısından çıxartdı. Parisdəki mitinqin təşkilatçılarının iddialarına görə bu aksiyada 70 min insan iştirak etmişdir. Amma bu xəbər rəsmi mənbələr tərəfindən təsdiq olunmayıb. Xatırladaq ki, Avropa ölkələrinin parlamentlərinin də bir neçə üzvü bu mitinqə qatılmışdı. Xalqın Mücahidləri Təşkilatı Avropa və ABŞ-dan tələb edir ki, onların adları terrorçu təşkilatlar siyahısından çıxarılsın və onların açıq şəkildə fəaliyyətlərinə imkan yaradılsın.

Müharibə başlayacağı təqdirdə onun ABŞ ilə bərabər əsas iştirakçısı şübhəsiz ki, İsrail olacaq. Belə bir müharibənin olmasını ABŞ-dan daha çox İsrail yetkililəri tələb edir. İranın nüvə silahlarına sahib olub-olmamasından asılı olmayaraq güclənməsi birinci nöbədə İsrailin mənafeyini təhlükə altına salır. İsrailin kəşfiyyat xidmətinin (Mossad) keçmiş rəisi Şabtay Şavyet bildirib ki, İsrailin, İranin nüvə təsisatlarını məhv etmək üçün yalnız bir il vaxtı var. Əks halda nüvə silahına malik olan bir ölkənin hədələrinə məruz qalacaq. Onun sözlərinə görə sanksiyalar İranın nüvə proqramını dayandırmağa mane ola bilməz. Yalnız hərbi müdaxilə ilə bu məsələ həll oluna bilər. Çünkü İran bu bir il həm də yeni hava hücum və müdafiə sistemlərinə malik olmağı nəzərdə tutur (İran Rusiyadan S-300 adlı havadan qorunma silahları almaq istəyir).

ABŞ və ya İsrailin İrana mümkün hücumları qonşu ölkələrdə də birmənalı dəyərləndirilmir. Bütün qonşu ölkələr regionda müharibənin əleyhinə olsalar da, “İİR”in regionda lider dövlət olma cəhədlərinə əksər qonşuları narahatçılıq hissi ilə yanaşır. Yaxın Şərqdə Ərəb ölkələrinin aparıcıları olan Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ və İraq İranın güclü və nüvə silahına malik dövlət olma cəhdlərindən narahatçılıq keçirəcəklər. Bu ölkələrin bəzisi Fars körfəzi adalarının bir sırasına ərazi iddialari irəli sürür. Bəzi hallarda sərhəd xəttlərinin müəyyənləşdirilməsi məsələsində sazişlər bağlanmasına baxmayaraq problemlər davam edir. Elə İran-İraq müharibəsinə səbəb olan bəhanə də sərhədlərlə bağlı mübahisəli məqamlar idi.

Türkiyə bu məsələdə İranin tam işğal olması və mərkəzi hakimiyyətin zəifləməsinin tərəfdarı deyil. İran mərkəzi hakimiyyətin zəifləməsi ölkədə etnik problemlərin qabarmasına, bu da öz növbəsində ya İranın parçalanması nəticəsində “Kürd dövləti”nin yaranmasına, ya da federal üsul idarəsinə keçilməsi nəticəsində ikinci Kürd muxtar vilayətinin yaranmasına səbəb ola bilər. Bu isə Türkiyə üçün çox arzuolunmaz haldır.

Orta Asiya və Qafqaz ölkələri də belə bir hücumun baş verməsi ehtimalından narahatlıq keçirirlər. Azərbaycan və Türkəmənistan İranla quru sərhəddə malikdirlər. ABŞ və İsrail Azərbaycan və Türkəmənistanla yaxın münasibətlərə sahibdirlər. İranın bu iki ölkəylə, xüsusən də Azərbaycanla ənənəvi “strateji maraq uyuşmazlığı” davam edir. İranda yaşayan on milyonlarla Azərbaycanlının (Azərbaycan Türkünün) hüquqlarının “İran” mərkəzi hakimiyyəti tərəfindən pozulması və Azərbaycan Respublikasının sadə vətəndaşlarının və hətta çox açıq çəkildə ifadə olunmasa belə dövlət məmurlarının da bu məsələdən narahatlıq keçirmələri İrana qarşı mənfi hisslər yaradıb. Bu isə istər istəməz “İran” rejiminə qarşı beynəlxalq səviyyəli fəaliyyətlərin Azərbaycanlılar və qismən Türkmənlər tərəfindən xoş qarşılanmasına səbəb olan amildir. Amma eyni zamanda ölkələrinin təhlükəsizliyi noqteyi nəzərindən müharibənin baş verməsinə razı ola bilmirlər.

Rusiya Amerikanın regionda nüfuzunun artmasından nigarançılıq keçirir. Digər vacib faktorlarla yanaşı Avropaya nəql olunan qaz və xam neftin bir hissəsi Orta Asiya və Azərbaycandan tədarük olduğundan bu bölgədə Rusiya öz nüfuzunu saxlamaq məcburiyyətindədir. Rusiya ABŞ-ın İranda və İranın qonşularında nüfua malik olmasının tərəfdarı deyil.

Yaxın Şərq regionu yeni hadisələrə hamilədir. Bölgə ölkələrin mənafeyləri tez-tez toqquşur. Bundan istifadə etməyi bacaran ABŞ və Qərb region ölkələrinin əksəriyyətini nəzarət altında saxlaya bilir. Qalan ölkələr isə ya Qərbə belə olduğu kimi lazımdırlar ya da onların nəzarətə alınması prosesi davam edir. “İran” bir zamanlar İraq və Fars körfəzi ölkələrinə göz dağı kimi ABŞ-ın region siyasətinin bir hissəsini təşkil etsə də bu gün bölgədə tam əks vəziyyət mövcuddur. ABŞ və İsrail vəziyyətin nəzarətdən çıxmasının və maraqlarının daha da böyük təhlükə altına girməsinin qarşısını almaqda qərarlı görünür, eləcə də İran onlara qarşı dirənməkdə. Amma prosesin gedişatında beynəlxalq vəziyyət və qüvvələr nisbəti bu qərarlılıqdan daha həlledici olacaq. Vəziyyət belə qala bilməz! Bəs necə dəyişəcək? Diplomatıyanın fayda vermədiyini iddialı tərəflər dəfələrlə qeyd ediblər. Deməli bir yol qalır.

Regionda təhlükəli oyun: ABŞ-İran müharibəsi başlayırmı? (1)

İyun ayının 28-də həftəlik Nyu Yorker qəzetində tanınmış jurnalist və Poltzer mükafatının qalibi Seymur Herşin ABŞ-ın İrana müdaxiləsinə dair yazdığı bir məqalənin xülasəsi dərc edildi. (Xatırladaq ki, Herş hələ 2006-cı ilin aprel ayında Nyu Yorkerdə bir məqalə yazaraq, Corc Buşun son hədəfinin İran rejimini siyasi və ya hərbi yollarla devirmək olduğunu bildirmişdi). Məqaləyə görə, ABŞ-ın əlaqədar dairələri prezident Buş hakimiyyətinin İran rejimini devirmək və ya onu sarsıtmaq məqsədilə planlarını həyata keçirmək üçün 400 milyon dollar vəsait ayrılmasına razılıq verib.



Məqalənin tam mətninin 2008-ci ilin iyulun 7-sindəki və 14–ndəki sayılarda çapı nəzərdə tutulsa da, xülasədən bir çox məqamlar tam aydın olub. Buna görə, sənəd Buş tərəfindən imzalandıqdan sonra qanuna uyğun olaraq Respublikaçıların və Demokratların başçılarına, Senatorlar məclisinə və bu məclisin təhlükəsizlik komitəsinə göndərilib.

Məqalədə müəllif mövzu haqda məlumatlı olan şəxslərə istinadən bildirilib ki, “bu layihə İran İslam Respublikasının nüvə proqramlarında uğur qazanmasının qarşısının alınmasını, rejimin devrilməsini və yeni hakimiyyətin yaradılmasını nəzərdə tutub.” İran müxaliflərinə yardımın da bu layihənin tərkib hissəsi olduğu iddia edilməkdədir. Ancaq bəzi mütəxəssislərin fikirlərinə görə Amerika İran daxilində heç bir qrupa maddi yardım gostərmir.

Məqalədə bu layihəyə ayrılan büdcənin məbləğinin 400 milyon dollar olduğu qeyd olunmaqda və Amerikanın İrana qarşı uzun müddətdir məxfi əməliyyatlar apardığı bildirilməkldədir. Bu əməliyyatların əsasən İranın İraqla qonşu olan cənubunda aparıldığı iddia edilməkdədir. Seymur Herşin iddialarına görə, ABŞ təhlükəsizlik qüvvələri son ildə İran daxilində casusluq əməliyyatlarını daha da genişləndirib.

Röyter xəbər agentliyi də bu məqalənin bir hissəsini dərc edərək, hələlik ABŞ rəhbərliyinin, Kongres nümayəndələrinin və dövlət departamentinin bu haqda heç bir açıqlama vermədiyini vurqulayıb. Elə ABŞ və İsrailin son dovrlərdə atdığı addımlar da Herşin iddilarına ciddi yanaşmağı tələb edir.

Belə ki, ABŞ prezidenti Buş bir müddət əvvəl Avropaya səfəri zamanı rəsmi Vaşinqtonun İranla bağlı problemlərin həll olunmasında siyasi və diplomatik yollar axtardığını, ancaq problemin həllində müharibə variantının hələ gündəmdən çıxmadığını bildirmişdi. Corc Buşun Pentaqondakı İranla müharibə əleyhdarı hərbi kadrları dəyişdirməsi, Fars korfəzinə yeni ABŞ quru qüvvələrinin və hərbi dəniz donanmasının gətirilməsi, eləcə də hərbçilərin və diplomatların bölgədə getdikcə coxalan yeni görüşləri və görüşlərdə bir sıra məqamların açıqlanmaması bir çoxlarında yaxında müharibə olacaği qənaətini möhkəmləndirir. Elə İsrailin Aralıq dənizində keçirdiyi hərbi təlimlər və bu ölkənin yetkililərinin İrana hərbi hücumların olmasının vacibliyi haqda bəyanatları da bu qənaəti daha da gücləndirən amillərdəndir.

İranın ABŞ-ın hücum planları ilə əlaqədar yazılanlara reaksiyası

ABŞ-ın İrana hücum edəcəyinə dair xəbərlərin geniş yayıldığı bir vaxtda İran rəhbərliyi də davamlı olaraq ABŞ rəhbərlərini və təhlükəsizlik orqanlarını İran İslam Respublikasının daxili işlərinə müdaxilə etməkdə günahlandırır. İİR yetkililərinin ABŞ rəsmilərini belə ittihamlarla günahlandırması artıq digər ölkə rəsmiləri və mütəxəssislər tərəfindən adi hal kimi dəyərləndirilsə də, keçən ay yenə İran İnformasiya Nazirliyi (Təhlükəsizlik Nazirliyi) bəyanat verərək, ABŞ-ı İranda terrorçuları dəstəkləməkdə ittiham etdi. Təhlükəsizlik nazirliyinin bəyanatında ABŞ rəsmiləri İranda terror qrupları yaratmaqda, onları təchizatla təmin etməkdə və belə qruplara rəhbərlik etməklə İran İslam Respublikasının daxili sabitliyini pozmağa çalışmaqda ittiham olunur.

Geniş yayılan İrana hücum ssenariləri fonunda artıq İranda ABŞ-ın hücumları haqda danışmağa qoyulan yasaq aradan qaldırılıb. İndiyə qədər İran rəsmi dairələri (siyasi və dini liderlik) ölkə mətbuatının ABŞ-ın İrana hücumu ehtimalı haqda yazmasını ciddi dərəcədə məhdudlaşdırmışdı. Bu haqda verilən hər hansı bir informasiya və ya məqaləni “psixoloji müharibəyə yardım” və “xalq arasında qorxu yaratmaq” kimi qiymətləndirirdilər. İndi bu haqda qadağanın ləğv edilməsi İran rejiminin hücum ssenarilərini ciddiyə almağa başlamasının işarəsi sayıla bilər. Elə İnqilab Mühafizləri Korpusunun baş komandanı Məhəmməd Əli Cəfəri də, Came-Cəm telekanalına müsahibəsində hadisələrin inkişafının Amerikanın İrana hücum ehtimalını gücləndirdiyini bildiririb.

Cəfəri açıqlamalarında, ABŞ-ın İrana hücum etməsinə mane olan səbəblər üzərində də xüsusi dayanıb. O, ABŞ rəhbərliyinin İrana hücum etmə mövzusunda qərarsız oluğunu iddia edib, bunun da səbəblərindən biri kimi İranın nüvə mərkəzlərinin pərakəndə şəkildə olmasını və hücum zamanı onların tam məhvinin mümkün olmasının mümkünsüzlüyünü göstərib. O həmçinin ABŞ-ın mümkün hücumu nəticəsində İranın nüvə fəaliyyətində müvəqqəti təxirəsalınmaların yaranacağını, ancaq onun davamının qarşısının alınmasının mümkün olmayacağını bildirib. Onun sözlərinə görə Amerikalıları İrana hücum etməkdən çəkindirən digər məsələ də müharibənin sonunu planlaşdıra bilməmələridir. Cəfəri ”ABŞ-ın bu müharibənin nə zaman sona çatacağını təxmin edə bilməyəcəyini, bunu müəyyyən etmənin onların əlində olmadığını” vurqulayaraq, ABŞ-ı müharibəyə başlamaqdan çəkinməyə çağırıb.

General Cəfəri ABŞ-ın bütün problemlərə baxmayaraq İrana hücum etməsi halında bu hücumların qarşısını almağa tam hazır olduqlarını bildirib və İranın Amerika və İsrail hücumlarına necə cavab verəcəklərini açıqlayıb. İİMK-nin baş komandanı müsahibəsində İran hərbi qüvvələrinin körfəzdə Hürmüz boğazını bağlayaraq, İsrailə zərbə endirərərk və xarici imkanlardan istifadə etməklə ABŞ-ın hücumlarına cavab verəcəklərini elan edib.

Cəfəri ABŞ-ın İsrailin yardımı olmadan İrana hücum edə bilməyəcəyini və bu səbəbdən İran hərbi qüvvələrinin hər hansı bir hücum olduğu zaman İsrailin də mənafeyini hədəfə alacaqlarını xüsusi vurqulayıb. O, İsrailin strateji dərinliyə malik olmadığınını və bu baxımdan İran raketlərinin hücumu qarşısında müqavimət göstərə bilməyəcəyini qeyd edib. Bundan əlavə Cəfəri bildirib ki, İran öz ərazilərindən kənarda da zərbələr endirməyə qadirdir. Qeyd edək ki, bu zərbələrin terror aktları olub olmayacağı haqda və harda olacağı barədə heç bir məlumat verilməyib. Amma Cəfəri qeyd edib ki, İran tez bir zamanda regiondakı İslami təşkilatlardan ibarət vahid cəbhə yaradaraq bu qüvvələri bütünlüklə İsrail əleyhinə səfərbər edə biləcək.

İran belə bir müharibə olacağı təqdirdə neft amilindən də nəhayət istifadə etməyə cəhd göstərməyə çalışacaq. General Cəfəri neft amilinə işarə edərək bildirib ki, müharibənin başlanması neftin qiymətinə böyük təsir göstərəcək. Üstəlik İran hərbi qüvvələri Amerikanın hücumlarına cavab kimi körfəzə və dünya enerji şəbəkəsinin şah damarı olan Hürmüz boğazına nəzarəti gücləndirəcəklər.

Cəfərinin ABŞ-a müqavimət planına İranın “İtkin düşmüşlər və şəhidlər meyitlərini axtarışı komitəsini” sədri Feysəl Bağirzadə öz açıqlamaları ilə dəstək verib. Bağırzadə İranın sərhəd bölgələrdə ölkəyə təcavüz etmək istəyən əsgərlərin meyidlərinin basdırılması üçün 320 min qəbir qazılmağa başlanıldığını elan edib.

Göründüyü kimi, əsasən Qərb mətbuatınada gündəmə gələn ABŞ-ın İranı vurma planının ciddiyəti İran tərəfindən çox ciddiyə alınmaya başlanmışdır. Əslində Məhəmməd Əli Cəfərinin aşıqlamaları da bu mövzunun İran cəmiyyətində ümumi müzakirəyə çıxarılması üçün zəmin yaratmış oldu. Bu müzakirələr bir yandan İran xalqını mümkün bir savaşa qarşı psixoloji cəhətdən hazırlamaq məqsədi daşırkən, digər tərəfdən də prezident Mahmud Əhmədinejada, böhran yaşayan iqtisadiyyatın mövcud durumunu bir az daha ört-basdır etməsi və “müharibə olacağı” tezisi ilə bir sıra iqtisadi məhdudiyyətləri həyata keçirməsi üçün əlverişli imkan yaratmaqdadır.



Regionda təhlükəli oyun: ABŞ-İran müharibəsi başlayırmı? (2)

Belə bir müharibənin başlayacağı təqdirdə digər ölkələrin münasibətinin tam olaraq necə olacağı bəlli deyil, amma hər iki tərəfin (ABŞ və İran) ciddi müttəfiqlərə sahib olduğu gerçəkdir. Aydındır ki, hər iki tərəf öz müttəfiqlərindən maksimum istifadə etməyə və hətta müttəfiqlərini aşıq vəya gizli formada müharibəyə cəlb etməyə çalışacaq. Digər səbəblərlə yanaşı həm də bu səbəbdən Avropa ölkələrinin əksəriyyəti İran və Amerika arasında hər hansı bir müharibənin əleyhinədirlər. Bu müharibə əgər ABŞ-ın qələbəsi ilə sonuclansa, bu Fars körfəzinin bütün karbonhidrogen ehtiyatlarının ABŞ-ın nəzarətində olmasına səbəb olaraq.



Digər tərəfdən İran Avropa iqtisadiyyatına ciddi dərəcədə təsir imkanına malikdir. Avropa banklarındakı pulları (çəkilməsi ilə bağlı mübahisələr davam etsə də) və bəzi Avropa ölkələrinə borclarının olması, müharibə olacaği təqdirdə bu borcların ödənilməməsi, enerji böhranı təhlükəsi ilə bərabər iqtisadi baxımdan Avropa üçün ciddi təhlükə mənbəyi sayılır Eyni zamanda, İranı dəstəkləyən fundamentalistlərin Avropaya yayılması, Qərbə və onun müxtəlif ölkələrdəki maraqlarına qarşı terror aksiyalarının törədilməsi Avropanın təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər. Bütün bu səbəblər həm ABŞ-ı, həm də onun müttəfiqlərini ciddi götür-qoy etməyə vadar edir.

Bu arada İİR ordusu iyul ayının 7-sindən etibarən yeni hərbi təlimlərə başlamış və Şahab-3 raketini bir daha sınaqdan keçirmişdir. Bununla da İsrail və ABŞ-a bir daha öz gücünü və İsrail ərazilərini vura biləcəyini xatırladıb. İranın Şahab-3 raketləri 2000 kilometrdə olan hədəfləri vurmaq iqtidarındadır. Bir çox mütəxəssislərin fikrincə bu növ raketlər nüvə başlıqları daşımağa qadirdir. Tehran yaxınlığında davam etdirilən yeni təlimlərdə müxtəlif ordu növlərindən ümumilikdə təxminən 20 min hərbçi iştirak edir.

“İİR”in beynəlxalq aləmə meydan oxuyan addımları birmənalı qarşılanmır. Böyük Britaniyanın Baş Naziri Qordon Braun SNN (CNN) telekanalına verdiyi müsahibədə bildirib ki, “İran” onun nüvə proqramının, nüvə silahı əldə etmək məqsədi daşımadığını sübut etməlidir. Braun bu çıxışıyla bir daha həm bu məsələdə Qərbin İranın nüvə silahı əldə etmə çalışmalarına artıq şübhə səviyyəsində yox yəqinlik səviyyəsində baxdığını bildirmiş olub, həm də bunun əksini sübut etmə məsuliyyətinin İranın üzərinə olduğunu vurğulayıb.

Qeyd edək ki ABŞ İtaliyanın da danışıqlara cəlb olunmasının tərəfdardır. Belə olan halda prosesdə ABŞ-ın mövqeyini dəstəkləyən ölkələrin sayının da artması da mümkündür. Qordon Braun bildirib ki, “biz istəyirik ki, İran nüvə və kütləvi qırğın silahlarının yayılmaması haqda beynəlxalq konvansionun bəndlərini pozmayacağı haqda tam və qəti öhdəlik götürsün və sübut etsin ki, bu məsələdəki müsbət mövqeyi qətidir”.

“İran”la Qərb arasında gərginlik davam etdiyi bir zamanda Avropada İİR əleyhinə mübarizə aparan və İran-İraq müharibəsinin sonlarında İrana böyük bir qoşun dəstəsiylə hücum edən Xalqın Mücahidləri təşkilatının üzvləri fəallaşma nümayiş etdirirlər. Bu təşkilatın hərbi qolu olan Milli Müqavimət Şurası on minlərlə tərəfdarını Parisə toplayaraq beynəlxalq aləmdən bu təşkilatın hərbi mübarizəsinə olan qadağaları ləğv etməyi tələb etdilər. ABŞ-ın və Avropa Birliyinin bu təşkilatı terrorçu təşkilat kimi tanımasına baxmayaraq, bir neçə ay əvvəl İngiltərə məhkəməsi Xalqın Mücahidlərinin siyası qolunun İngiltərədə fəaliyyətyinə icazə verdi və onları terrorçu təşkilat siyahısından çıxartdı. Parisdəki mitinqin təşkilatçılarının iddialarına görə bu aksiyada 70 min insan iştirak etmişdir. Amma bu xəbər rəsmi mənbələr tərəfindən təsdiq olunmayıb. Xatırladaq ki, Avropa ölkələrinin parlamentlərinin də bir neçə üzvü bu mitinqə qatılmışdı. Xalqın Mücahidləri Təşkilatı Avropa və ABŞ-dan tələb edir ki, onların adları terrorçu təşkilatlar siyahısından çıxarılsın və onların açıq şəkildə fəaliyyətlərinə imkan yaradılsın.

Müharibə başlayacağı təqdirdə onun ABŞ ilə bərabər əsas iştirakçısı şübhəsiz ki, İsrail olacaq. Belə bir müharibənin olmasını ABŞ-dan daha çox İsrail yetkililəri tələb edir. İranın nüvə silahlarına sahib olub-olmamasından asılı olmayaraq güclənməsi birinci nöbədə İsrailin mənafeyini təhlükə altına salır. İsrailin kəşfiyyat xidmətinin (Mossad) keçmiş rəisi Şabtay Şavyet bildirib ki, İsrailin, İranin nüvə təsisatlarını məhv etmək üçün yalnız bir il vaxtı var. Əks halda nüvə silahına malik olan bir ölkənin hədələrinə məruz qalacaq. Onun sözlərinə görə sanksiyalar İranın nüvə proqramını dayandırmağa mane ola bilməz. Yalnız hərbi müdaxilə ilə bu məsələ həll oluna bilər. Çünkü İran bu bir il həm də yeni hava hücum və müdafiə sistemlərinə malik olmağı nəzərdə tutur (İran Rusiyadan S-300 adlı havadan qorunma silahları almaq istəyir).

ABŞ və ya İsrailin İrana mümkün hücumları qonşu ölkələrdə də birmənalı dəyərləndirilmir. Bütün qonşu ölkələr regionda müharibənin əleyhinə olsalar da, “İİR”in regionda lider dövlət olma cəhədlərinə əksər qonşuları narahatçılıq hissi ilə yanaşır. Yaxın Şərqdə Ərəb ölkələrinin aparıcıları olan Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ və İraq İranın güclü və nüvə silahına malik dövlət olma cəhdlərindən narahatçılıq keçirəcəklər. Bu ölkələrin bəzisi Fars körfəzi adalarının bir sırasına ərazi iddialari irəli sürür. Bəzi hallarda sərhəd xəttlərinin müəyyənləşdirilməsi məsələsində sazişlər bağlanmasına baxmayaraq problemlər davam edir. Elə İran-İraq müharibəsinə səbəb olan bəhanə də sərhədlərlə bağlı mübahisəli məqamlar idi.

Türkiyə bu məsələdə İranin tam işğal olması və mərkəzi hakimiyyətin zəifləməsinin tərəfdarı deyil. İran mərkəzi hakimiyyətin zəifləməsi ölkədə etnik problemlərin qabarmasına, bu da öz növbəsində ya İranın parçalanması nəticəsində “Kürd dövləti”nin yaranmasına, ya da federal üsul idarəsinə keçilməsi nəticəsində ikinci Kürd muxtar vilayətinin yaranmasına səbəb ola bilər. Bu isə Türkiyə üçün çox arzuolunmaz haldır.

Orta Asiya və Qafqaz ölkələri də belə bir hücumun baş verməsi ehtimalından narahatlıq keçirirlər. Azərbaycan və Türkəmənistan İranla quru sərhəddə malikdirlər. ABŞ və İsrail Azərbaycan və Türkəmənistanla yaxın münasibətlərə sahibdirlər. İranın bu iki ölkəylə, xüsusən də Azərbaycanla ənənəvi “strateji maraq uyuşmazlığı” davam edir. İranda yaşayan on milyonlarla Azərbaycanlının (Azərbaycan Türkünün) hüquqlarının “İran” mərkəzi hakimiyyəti tərəfindən pozulması və Azərbaycan Respublikasının sadə vətəndaşlarının və hətta çox açıq çəkildə ifadə olunmasa belə dövlət məmurlarının da bu məsələdən narahatlıq keçirmələri İrana qarşı mənfi hisslər yaradıb. Bu isə istər istəməz “İran” rejiminə qarşı beynəlxalq səviyyəli fəaliyyətlərin Azərbaycanlılar və qismən Türkmənlər tərəfindən xoş qarşılanmasına səbəb olan amildir. Amma eyni zamanda ölkələrinin təhlükəsizliyi noqteyi nəzərindən müharibənin baş verməsinə razı ola bilmirlər.

Rusiya Amerikanın regionda nüfuzunun artmasından nigarançılıq keçirir. Digər vacib faktorlarla yanaşı Avropaya nəql olunan qaz və xam neftin bir hissəsi Orta Asiya və Azərbaycandan tədarük olduğundan bu bölgədə Rusiya öz nüfuzunu saxlamaq məcburiyyətindədir. Rusiya ABŞ-ın İranda və İranın qonşularında nüfua malik olmasının tərəfdarı deyil.

Yaxın Şərq regionu yeni hadisələrə hamilədir. Bölgə ölkələrin mənafeyləri tez-tez toqquşur. Bundan istifadə etməyi bacaran ABŞ və Qərb region ölkələrinin əksəriyyətini nəzarət altında saxlaya bilir. Qalan ölkələr isə ya Qərbə belə olduğu kimi lazımdırlar ya da onların nəzarətə alınması prosesi davam edir. “İran” bir zamanlar İraq və Fars körfəzi ölkələrinə göz dağı kimi ABŞ-ın region siyasətinin bir hissəsini təşkil etsə də bu gün bölgədə tam əks vəziyyət mövcuddur. ABŞ və İsrail vəziyyətin nəzarətdən çıxmasının və maraqlarının daha da böyük təhlükə altına girməsinin qarşısını almaqda qərarlı görünür, eləcə də İran onlara qarşı dirənməkdə. Amma prosesin gedişatında beynəlxalq vəziyyət və qüvvələr nisbəti bu qərarlılıqdan daha həlledici olacaq. Vəziyyət belə qala bilməz! Bəs necə dəyişəcək? Diplomatıyanın fayda vermədiyini iddialı tərəflər dəfələrlə qeyd ediblər. Deməli bir yol qalır.

Güneydə modern və postmodern ədəbiyyat bütün gücü ilə öndədir


Güney Azərbaycanda nəşr olunan "Yaşmaq" dərgisinin baş redaktoru Səid Muğanlı ilə söhbət

Səid Muğanlı: "Güney Azərbaycanda da gənclərlə qocalar bir-birini sevmir, amma sizdəki kimi, bir-birlərinə nifrət etmirlər"


- Səid bəy, öncə özünüzü Qüzey oxucularına tanıdardınız.
- Güney Azərbaycanın Muğan bölgəsində anadan olmuşam. Hazırda Tehranda yaşayır və çalışıram. İlahiyyat təhsili almışam. Hazırda "Yaşmaq" jurnalının baş yazarıyam. Bundan başqa, "Yaşmaq" kitab yayını evinin də müdiriyəm. Keçən illərdə isə Güneyin tanınmış yazarlarından Eyvaz Tahanın çıxarmış olduğu "Yarpaq" qəzetinin də baş redaktor müavini kimi çalışmışam.
- Hazırda Güneydə Qüzey şair və yazıçılarının əsərlərini rəhbərlik etdiyiniz dərgidə, eləcə də ayrıca kitab halında və antologiyalarda farsca çap edib yaymaqla məşğulsunuz…
- Yox, yox, farsca deyil, Azərbaycan dilində əski əlifbada…
- Aha, olsun. Necədir Qüzey yazarlarının yaradıcılığına münasibət?
- Ümumi götürsək, yaxşıdır. Xüsusən əgər həmin yazar kifayət qədər tanınıbsa, onların əsərlərinə maraq da böyükdür, yaxşı da satılır. Məsələn, Ramiz Rövşənin kitabını çap etdik, iki ayda satılıb qurtardı və məcbur olduq ki, ikinci dəfə çap edək. Hardasa iki çap üst-üstə 6 min tiraja yaxındır və deyəsən, Ramiz bəyin kitabını üçüncü dəfə də çap etməli olacağıq. Sizin Ramiz Rövşənə tənqidi münasibətinizi bilirəm, amma açıq deyəcəm, onun əsərlərinə belə maraq mənim özümü də təəccübləndirdi. Yəni necə oldu ki, Güneydəki oxucular Ramiz Rövşəni bu qədər sevdi? İndi biz Ramiz bəyin satılan kitablarından əldə etdiyimiz vəsaitlə başqa kitablar nəşr etməyi planlaşdırırıq. Bununla belə, deməliyəm ki, Qüzeyin yeni və müasir ruhlu ədəbiyyatına maraq Güneydə çox böyükdür. Məsələn, Rasim Qaracanın şeir toplusunu buraxanda öz-özümə fikirləşirdim ki, satılmayacaq, kitab əlimizdə qalacaq, baxmayın, Rasim bəyin şeirləri çox moderndir, oxucuya yad görünə bilərdi-filan, amma fikirləşdiyimin əksi baş verdi, yaxşı satıldı…
- Bəyəm Güneydə modern şeirə maraq azdır?
- Yox, bizdə də modern şeir yazılır, bu gün aparıcı istiqamətlərdən biridir, ancaq necə olmasa da, Rasim Qaracanın şeirləri daha irəli gedib. Amma gözlədiyimizin əksinə olaraq, böyük ilgi gördü. Hətta şeirə marağı olmayan adamlar mənə deyirdilər ki, "bax biz belə yazıları oxumaq istəyirdik, nə yaxşı ki, çap elədiniz". Bir sözlə, Qüzey ədəbiyyatının həm klassik, həm də modern istiqamətlərinə Güneyin ilgisi çox böyükdür. Siz təəccüblənəcəksiniz, amma biz orada nəşr etdiyimiz kitabların arxasında anons vermişdik ki, İsmayıl Şıxlının "Dəli Kür" romanını çap edəcəyik. Ondan sonra elə hey soruşurlar ki, bəs nə oldu, niyə çap etmirsiniz? Sizdə "Dəli Kür" 1950-ci illərin ədəbiyyatı sayılır, artıq unudulmuş ola bilər, amma Güneydə onun çapını intizarla gözləyirlər. Ümumiyyətlə, Güneydə bir dil qarma-qarışıqlığı var, onu aradan qaldırmaq üçün Qüzeyin bir neçə qalım-qayın romanını çap etmək lazımdır deyə düşünürəm.
- Arazın bu tayında ədəbi cameədə bir "atalar-oğullar" dartışması var. Güneydə necə, bunu müşahidə etmək olurmu?
- Olur, bunsuz olmaz ki?!. Orada da yaşlı nəsillə yeni nəsil arasında estetik mübahisələr, bir-birini bəyənməməzlik, bir-birini qəbuletməzlik var, amma daha Qüzeydəki kimi gərgin deyil. Güneyin yaşlı ədəbi nəsli hələ də kənd təsvirləri üzərində çabalayır, bir xeyli əyalətçidirlər, bu da onlarla yeni yaradıcı qüvvələr arasında bir narazılığa səbəb olur. Siz müşahidə etdiyim qədəri ilə, ədəbiyyatdakı "qocalar"a nifrət edirsiniz, amma bizdə nifrət yoxdur, sadəcə, sevmirlər. Hətta mən oxuyuram, siz özünüz də bizim Güneydə əsərlərini sevdiyimiz, çap etdiyimiz adamları da yıxıb-sürüyürsünüz. Mən buna təbii baxıram, ədəbiyyatın inkişafı belə estetik toqquşmalardan çox asılıdır. Güneydə gənclər yaşlı ədəbi nəsildən Şəhriyar və Səhəndi çıxmaq şərti ilə, hamısının üstünə gedirlər, amma Şəhriyar və Səhəndə bir rəğbət var. Bəzən Şəhriyarın da adını dilinə alanlar olur, amma deyirik ki çox dərinə getməyin, bizim danışdığımız, yazdığımız bu dilin formalaşması onun xidmətidir.
- Ümumiyyətlə, bu gün Güney ədəbiyyatın istiqaməti haradır? Məsələn, bizdə klassik ədəbi düşüncədən qopma və Qərb estetikasına qovuşma meyli güclənib…
- Güney ədəbiyyatında Şəhriyar və Səhənd bir cığır açdılar, amma onu modernləşdirə bilmədilər. Sonra Sahir meydana çıxdı və Güney şeirində müasirləşmə meyli qüvvətlənməyə başladı. Doğrudu, Sahir şeirin formasında yeniləşmə aparsa da, amma düşüncə bir o qədər də müasir olmağı bacarmadı. Sonra Əlirza Oqtay meydana çıxdı və kommunist olmasına baxmayaraq, Güney şeirində həm forma, həm məzmunca daha da modernləşməni gücləndirdi. Adını çəkdiklərim Pəhləvi dövründə yaşayıb-yaradıblar. Beləcə, Güney Azərbaycan poeziyasında modernləşmə dönməz bir prosesə çevrildi və Səhər xanımın gəlişi ilə bu proses özünün pik nöqtəsinə çatdı. Səhər xanım Güney şeirini doğrudan da, ölümdən qurtardı, poeziyada əyalətçi düşüncəni tamamilə arxaya atdı. Əziz Salami, Süleymanoğlu kimi şairlərin gəlişi ilə Güney şeirində yeni bir nəfəs açıldı və bu gün bizim gənc yaradıcı nəsil də sonuncu adını çəkdiklərimdən etkilənib tamamilə Qərbyönümlü şeir xətti tutdular. Hətta artıq milli şeirlərdə də Qərb estetik əhval-ruhiyyəsi aydın duyulur. Yəni Güneydə modern və postmodern ədəbiyyat bütün gücü ilə öndədir. Amma biz keçmişdən də qəfil, birdəfəlik qopmaq fikrində deyilik, onlara da sayğı ilə yanaşırıq.
- Kim var ən yeni parlayan gənc imzalardan?
- Məsələn, Duman Ərdəm var, onun şeirlərini çap edəndən sonra bəzi yaşlı şair-yazıçılar mənə zəng eləyib deyirlər ki, "bu nədir, niyə çap edirsiniz?" Onları da qıcıqlandıran Dumanın şeirlərində seksual azadlığın olmasıdır, bu da İranda qadağandır. Yaşlı nəsili də çox qıcıqlandırır. Və yaxud Məmmədrza Ləvayi var. Gənc nəslin ən aparıcı yazarlarındandır. Aydın Araz, Hadi Qaraçay var, hərəsi fərqli cərəyanlara məxsus olsa da, Güney şeirinin yeni sifətləridir. Onları da Qüzeydə tanıtmaq, çap etmək sizin üzərinizə düşür.
- Güneydə Qüzey ədəbiyyatından yeni nə çap etməyi fikirləşirsiniz?
- İstəyirəm Qüzey yazıçılarının hekayələrindən ibarət bir toplu buraxaq, özü də ən cavan nəsil yazıçılarının hekayələri olsun. Sonra sizin gənc xanım şairlərin, - Nərmin Kamal, Sevinc Pərvanə, Günel Mövlud və başqaları, - şeirlərindən bir toplu buraxmaq niyyətindəyik. Qurban Səidin "Əli və Nino" romanını, - klassik əsər olsa da son illər Azərbaycanda çox sevildiyini və dünyada da maraqla qarşılandığını bilirəm, - artıq mətbəəyə verib gəlmişəm, yəqin ki, Tehrana qayıdanda artıq işıq üzü görmüş olacaq. Bir sözlə, işlər çoxdur və yavaş-yavaş da öhdəsindən gələcəyimizi düşünürəm.

Aynur Zeynallı