Azerbaycan ve İran arasındaki ilişkileri şekillendiren birçok faktör bulunmaktadır. Öncelikle, Azerbaycan’ın güney komşusu olan İran’la kara sınırı 618 km’dir. İki ülke, Hazar Denizi’nde de birbirlerine sınırdırlar. Ancak coğrafi koşulların da ötesinde iki ülkenin birbirleriyle ilişkilerini yönlendiren en önemli tarihî faktör, Azerbaycan’ın kuzey ve güney olarak ikiye bölünmüş olması ve Güney Azerbaycan’ın İran sınırları içerisinde bulunmasıdır. 19. yüzyılın başında Bağımsız Azerbaycan Hanlıkları, Çar Rusyası ve Kacar İran’ın yönetimleri altına girmiştir. Günümüzde İran nüfusunun %40’ı Azerilerden oluşmaktadır, bu ise dünya Azerbaycanlılarının yaklaşık %75’ine karşılık gelmektedir. Bunun yanı sıra Azerbaycan’da önemli oranda bir Şii nüfus vardır. Şii nüfusun büyüklüğüne göre Azerbaycan dünyada İran’dan sonra ikinci sırayı almaktadır. Bunun nedeni, 16. yüzyıl başlarında Azerbaycan topraklarında ortaya çıkan yeni Safevi devletinin toplumu Şiiliğe zorlamasıdır. Azerbaycan’da Şii nüfusun, İran’da Azerilerin varlığı, yaklaşık 500 yıl Azerbaycan’ın kuzey-güney ekseninde kalmasını sağlamış, doğuda ve batıda bulunan ülkelerle ilişkilerini sınırlandırmıştır. Şii nüfus ayrıca, İran’ın rejim ihracı politikası dahilinde dikkatini Azerbaycan’a yöneltmesinde etken olmuştur.
İran’da yaşayan Azeri nüfus, İranlılarla aralarındaki dinî ve kültürel benzerliklerin çokluğu nedeniyle Azerbaycan ile İran ilişkilerinde sorun oluşturmamaktadır. İran’ın yönetici elitleri arasında Azeriler de vardır. Azerbaycan Cumhuriyeti’nin milliyetçi kesimlerinden ve bazı İran Azerilerinden zaman zaman gelen birleşme çağrılarına da, İran Azerilerinin çoğunluğu tepkisiz kalmaktadırlar. Ancak Azeriler, daha fazla kültürel hak ve Azeri Türkçesi’nin resmi kullanımına izin verilmesini talep etmekte, bunun İranlı kimliği ile çelişki oluşturmadığını düşünmektedirler. Onlara göre İranlı kimliği, başka etnik kimlikleri de kapsayan bir üst kimliktir. İran ise etnik kimliğin ve Azerice’nin ön plana çıkarılmasını İran’a sadakatsizlik olarak değerlendirmektedir. Ayrıca İran rejimi, Azerbaycan Cumhuriyeti’nin İran’daki Türk nüfusu üzerindeki etkisini ortadan kaldırmak için bu ülkeyi kendi siyasi etki alanına çekmeye çalışmaktadır.
Son zamanlarda Azeriler İran’da vatandaşlık hakları, kimlik ve kültürleri için mücadele vermekte, Azeri milletvekilleri verdikleri dilekçelerle eğitim ve yayın hayatında ana dillerine daha fazla hak verilmesini talep etmektedirler. Bu gelişmelerin Azerbaycan ve İran ilişkilerini nasıl etkileyeceğini zaman gösterecektir.
Azerbaycan-İran ilişkilerinde çok önemli olan ve önemi gittikçe daha da artan faktör, Hazar petrolü üzerindeki stratejik çıkarlardır. Ekonomik çıkarların ülkeler arası ilişkileri şekillendirmede birincil önemde olduğu uluslararası sistemde, Azerbaycan-İran ilişkileri bundan soyutlanamaz. Azerbaycan coğrafi konumu nedeniyle Rusya Federasyonu, Ermenistan ve İran’ın jeopolitik kuşatması altındadır. Rusya ve İran, çıkarları doğrultusunda Hazar Denizi’nde kendilerinden başka petrol üreticilerini ve Batılı şirketler vasıtasıyla Batı ülkelerinin buradaki petrol üzerinde söz sahibi olmalarını istememektedirler. Bundan dolayı, 1991 yılında Azerbaycan’ın bağımsızlığına kavuşarak Hazar petrolü üzerinde pay sahibi ülkelerden biri haline gelmesi İran’ı rahatsız etmiştir. İran, bölgedeki boru hatları konusunda Azerbaycan ile görüş ayrılığı içerisinde bulunmaktadır. Bu bağlamda yeni açılan Bakü-Ceyhan Petrol Boru Hattı İran’ı rahatsız etmektedir. İran bu projenin gerçekleşmemesi için her türlü yola başvurmuş, bunun yerine petrolün körfezden ihracı gibi alternatif projeler gündeme getirmiştir. Bakü-Ceyhan hattının maliyetinin çok yüksel olduğunu ifade eden İran, ayrıca bu hattın gereksiz olduğunu, çünkü Azerbaycan’a ait olan Hazar Bölgesi’nde zannedildiği kadar petrol bulunmadığını savunmuş ve kamuoyunu buna inandırmaya çalışmıştır.
Azerbaycan’ın Türkiye ve Batı eksenli bir politika izlemesi, İran ile ilişkileri gerginleştirmiştir. Azerbaycan, Türkiye’nin de desteğiyle Batı’ya yaklaşarak bölgedeki Batı nüfuzunun artmasına neden olmuş, Rusya’dan bağımsız bir çizgiye geçmiştir. Bu durum Rusya İran yakınlaşmasına neden olmuştur.
Azerbaycan’la Karabağ sorunu yaşayan Ermenistan’a İran üzerinden silah yardımı yapılmıştır. Rusya ve İran, Azerbaycan’ın bölgede yükselmesinin önünü almak için Moskova-Erivan-Tahran ittifakını oluşturmuşlardır. Bu ittifaka karşıt olarak Bakü-Tiflis-Ankara-Washington ittifakı oluşturulmaya çalışılmaktadır. Bakü-Ceyhan Petrol Boru Hattı, bu ittifakı güçlendiren önemli bir adım olmuştur. İranlı yetkililer bu gelişmenin karşısındadırlar ve sık sık Azerbaycan’ı uyarmaktadırlar.
23 Mayıs 2008 Cuma
22 Mayıs 2008 Perşembe
İRAN SAYTINDA AZƏRBAYCAN PREZİDENTİNƏ ÜNVANLANMIŞ ANONİM MƏKTUB YERLƏŞDİRİLİB

2008-05-21 - 15:50:00
İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») keçmiş komandanı Möhsün Rzayiyə bağlı olan www.tabnak.ir saytında mayın 21-də bir təbrizli alimin adından Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış anonim məktub yerləşdirilib.
«Media forum» saytının məlumatına görə, «Cənab Əliyev, İraq və Əfqanıstana əsgər göndərməkdənsə, Qarabağ haqqında düşünün» başlıqlı açıq məktubda anonim müəllif İranla Azərbaycanın oxşar xüsusiyyətlərindən danışdıqdan, «Azərbaycan Respublikası əhalisinin vaxtilə İran vətəndaşları olmasını» iddia etdikdən sonra İsrail dövlətinin yaranmasının 60-cı ildönümü ilə əlaqədar Azərbaycan prezidentinin İsrail rəhbərlərinə təbrik məktubu göndərməsini tənqid edib: «Cənab prezident! Sizin - əhalisinin 90 faizini müsəlmanlar təşkil edən bir ölkənin prezidentinin bu gün sionist İsrail rejimi ilə sıx əlaqə yaratması cəmiyyətdə böyük parçalanmaya səbəb olub. Ərazisinin 20 faizi əcnəbi işğalında olan ölkə əhalisi, dini mənsubiyyət səbəbindən, öz hökumətlərinin işğalçı İsrail rejimi ilə dost münasibətlərini qəbul edə bilmir. Cənab prezident! Özünüz yaxşı bilirsiniz ki, bir beynəlxalq təşkilatın ölkə əhalisi arasında apardığı sorğunun nəticələrinə görə, ölkənizdə vətəndaşların 92 faizi Azərbaycan hökumətinə heç inanmır. Sizcə, bu inamsızlığa səbəb başçılıq etdiyiniz hökumətin işğalçı sionist rejimi ilə sıx dost münasibətlər yaratması deyilmi? Doğrudan da, Azərbaycan Respublikasının əhalisi açıq-aşkar buna qarşı olduğu halda sizin ölkə paytaxtında İsrail adına park və küçə saldırmaq israrınız nə ilə bağlıdır?»
Məktubda İran vətəndaşlarının Azərbaycan zindanlarında işgəncəyə məruz qaldığı da iddia olunur: «Cənab Əliyev, sizə nə olub ki, müxtəlif səbəblərdən Azərbaycanın Qaradağ bölgəsindəki həbsxanalarında saxlanan, sizinlə eyni dildə danışan iranlı gənclərə heç bir güzəşt etməyib fiziki və psixi işgəncələr tətbiq etdirdiyiniz halda sionistlərin müsəlman Azərbaycan ölkəsindəki istənilən xoşagəlməz rəftarına göz yumur, heç bir tədbir görmürsünüz?»
Anonim müəllifin məktubunda Qarabağ probleminə və Minsk qrupunun fəaliyyətinə də toxunulub: «Cənab İlham Əliyev! Qarabağ probleminin həllinin Minsk qrupuna tapşırılmasından 14 il keçir. Lakin bu uzun müddətdə problemin həlli istiqamətində nəinki heç bir ciddi tədbir görülməyib, hətta Minsk qrupunun həmsədrləri Azərbaycanın ərazi bütövlüyü haqda BMT-nin qəbul etdiyi qətnamələrin lehinə səs verməyə hazır olmayıblar. Maraqlıdır, sizin bu münaqişənin həlli üçün proqramınız nədən ibarətdir? İşğal olunmuş əraziləri geri qaytarmaq üçün potensial qüvvələrdən niyə istifadə etmək istəmirsiniz? Cənab prezident! Mən Bakıda səfərdə olarkən oradakı vəziyyətdən son dərəcə üzüldüm. Şəhərin hər yerində Qərb mədəniyyətini təmsil edən müxtəlif heykəllər ucaldıldığı halda Qarabağ şəhidlərinə aid bircə heykələ rast gəlmədim. Mənim qənaətimə görə, siz bununla dolayı yolla xalqdan Qarabağı unutmağı tələb edirsiniz».
Daha sonra məktubda deyilir: «Cənab prezident! Əhalisinin 90 faizini müsəlmanlar təşkil edən ölkənizdə sizin yeritdiyiniz siyasət heç də ölkənin din və mədəniyyətinə uyğun gəlmir. Azan səsinin yayılmasının qarşısını almaq, məktəblərdə hicabdan istifadəyə, dini kitabların yayılmasına, Məhərrəm ayında əzadar dəstələrin küçə və meydanlara çıxmasına, seçkilərdə din xadimlərinin namizəd olmasına qadağalar qoymaq buna misaldır. Cənab prezident! Göstərilən bütün bu cəhdlərə baxmayaraq bu gün Azərbaycan Respublikasında qadınlar dəstə-dəstə islama və hicaba üz tutur. Azərbaycan Respublikası vətəndaşlarının İran mallarına rəğbət göstərməsi, onların İrana səfər etməyə, müqəddəs Məşhəd şəhərini ziyarət etməyə təşəbbüs göstərməsi, Azərbaycan Respublikası vətəndaşlarının İranın böyük mədəniyyət xadimlərinə göstərdiyi rəğbət və digər bu kimi hərəkətlər Azərbaycan Respublikası əhalisinin həqiqi və tarixi kimliyinə qayıtmaq arzusundan xəbər verir. Cənab İlham Əliyev! Çayda suyun əksinə gedən kəs heç vaxt öz məqsədinə çatmayacaq. Həqiqət ondan ibarətdir ki, sizin bütün tədbirləriniz Azərbaycan Respublikası xalqının tutduğu istiqamətin əksinədir. Ona görə də ümid edirəm ki, bundan belə fürsəti itirməyəcək və Azərbaycan xalqı ilə yanaşı islam təlimləri sayəsində ölkənin və xalqın tarixi kimliyi istiqamətində gedəcəksiniz. Belə olsa, İran xalqı da bütün mərhələlərdə Azərbaycan xalqına dəstək verərək onun inkişafı uğrunda əlindən gələni əsirgəməyəcək».
Bu da bu...
İranın mobil operatoru Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən “Karabakh Telecom”la rouminq sazişi imzalayıb
İranın mobil operatorlarından olan Kiş Telekommunikasiya Şirkəti (Telecommunications Kish Company) Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində fəaliyyət göstərən “Karabakh Telecom”la beynəlxalq qaydalara zidd olaraq rouminq sazişi imzalayıb.
Bununla yanaşı şirkətin rəsmi saytında (httr://www.tkckish.com/roaming1.htm) Dağlıq Qarabağ Ermənistan ərazisi kimi təqdim edilib.
Bundan başqa, Litvada beynəlxalq telefon danışıqlar kartını (GeMobile) istehsal edən “Gemini network LTD” şirkəti də Avropa ərazisindən Dağlıq Qarabağa və Azərbaycanın işğal olunan digər rayonlarına zəng etmək imkanı yaradıb. Belə ki, onun avropalı abunəçilərə təqdim etdiyi danışıq kartları vasitəsilə Dağlıq Qarabağ və Azərbaycanın işğal olunan rayonları ilə əlaqə saxlamaq mümkündür. Bu şirkətin saytında (httr://www.gemobile.lt/?lang=ru&country=99&page=price) da Dağlıq Qarabağ Ermənistan ərazisi kimi də təqdim olunub.
Eyni vəziyyət Rusiyanın telekommunikasiya şirkəti olan “Telekomtreyd”də də (httr://www.pomortel.ru/ipcia.html) mövcuddur. Həmin şirkət vasitəsilə Rusiyadan Azərbaycanın işğal olunmuş ərazilərinə zəng etməm mümkündür. Şirkətin saytında da Dağlıq Qarabağ Ermənistan əraziləri kimi göstərilib.
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məcid Feyzullahi Kiş Telekommunikasiya Şirkətinin özəl qurum olduğunu deyib: “Güman edirəm ki, şirkət bunu məqsədli deyil, məlumatsızlıqdan edib”.
Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov isə Kiş Telekommunikasiya Şirkəti ilə “Karabakh Telecom” arasında əməkdaşlıqla bağlı araşdırma aparacaqlarını bildirib.
Litvanın Azərbaycandakı səfirliyinin birinci katibi Viliyes Samuela APA-ya məsələ ilə bağlı ölkəsinin Xarici İşlər Nazirliyini məlumatlandıracağını deyib. O, ölkəsinin Azərbaycanla bağlı siyasətinin dəyişmədiyini bildirib: “Bu, özəl şirkətdir. Ola bilər ki, bu anlaşılmazlıq yanlışlıqdan və məlumatsızlıqdan baş verib”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Xəzər İbrahim isə bildirib ki, bununla bağlı Azərbaycanın qeyd olunan ölkələrdə fəaliyyət göstərən diplomatik missiyalara müvafiq təlimatlar veriləcək.

21 Mayıs 2008 Çarşamba
Qərbin qəribə seçimi
Şəbnəm Bəkirzadə, 08/05/08
Qərb dedikdə, bizim çoxumuz demokratiyanın beşiyi və ədalətin carçısı rolunda çıxış edən bir qrup sivil dövləti nəzərdə tuturuq. Amma bu “sivil Qərb” hər dəfə ona ümid bəsləyən vətəndaşlarımızın ümidlərini puça çıxararaq, onları “qeyri-obyektiv” adlandırdığı seçki prosesinin nəticələrinə qane olmaq zorunda qoyur. ABŞ Dövlət katibinin müavini Daniel Frid tərəfindən gələn bəyanatı müxalif qüvvələrin ənənəvi olaraq hər seçkidə qərbdən narazı qalmasına cavab da saymaq olar. O, Qərbin istəyini Bakıya son səfərlərinin birində dəqiq belə ifadə etmişdi: “Azərbaycan siyasəti gəncləşməlidir...”
Bəlkə də, elə təkcə bu səbəb bu gün ölkədə hakimiyyət dəyişikliyinin qarşısında sipər kimi dayanır. Qafqazda yaşayan üç dövlətin müqayisəsi bunu deməyə əsas verir.
Ermənistanda keçirilən son Prezident seçkiləri və bu hadisə ətrafında baş verən hadisələr hər kəsi düşündürdü. Xalqdan bu qədər dəstək alan, siyasi qüvvələrin maksimal dərəcədə təmərküzləşməsinə nail olan eks-prezident Levon Ter-Petrosyan niyə hakimiyyətə gələ bilmədi? Nədən Köçəryan-Sərkisyan ittifaqı, göstərdiyi antidemokratik davranışa rəğmən, beynəlxalq aləmdə daha çox dəstək qazandı, təbriklər aldı? Doğrudanmı, qərb Sərkisyanın gəlişini belə səbirsizliklə gözləyir, Ter-Petrosyanın siyasi pyedestala çıxışını heç vəchlə qəbul etmək istəmirdi? Özü də o adamın ki, 100 minlərlə vətəndaşı İrəvanın mərkəzi meydanına toplamağı, günlərlə və gecələrlə orada saxlamağı, özü də həmin anları onlarla bərabər yaşamağı və belə nəhəng bir prosesi idarə etməyi bacarmışdı.
2003-cü ildə belə bir proses Azərbaycanda da baş vermişdi. Prezident seçkiləri qarşısında siyasi qüvvələrin, ictimai təşkilatların əksəriyyəti əsas namizədin ətrafında birləşmişdi. Seçkiqabağı mitinqlərdə iştirakçıların sayı 100 mini keçirdi, bölgələrdə izdihamlı dəstək aksiyaları keçirilirdi, paytaxtda narazı elektoratın və demokratik qüvvələrin siyasi təmərküzləşməsi gedirdi. Amma seçki günü, onun səhəri – 16 oktyabr və sonrakı günlərdə baş verənlər göstərdi ki, istənilən obyektiv zəminin yaranması hələ heç nə demək deyil.
Gürcüstanda isə vəziyyət heç də o qədər mükəmməl deyildi. Mixail Saakaşvilinin rəhbərlik etdiyi “qızılgül inqilabı” niyə cüzi qüvvə ilə o qədər geniş dəstək ala bildi? Axı, o vaxtkı prezident Eduard Şevardnadze qərbin gözündə qatı avtoritar siyasətçi deyildi; o, Almaniyanın birləşdirilməsi kimi ciddi və böyük bir layihəyə rəhbərlik etmiş, SSRİ kimi bir imperiyanın Nazirlər Kabinetindən istefa vermiş, hakimiyyətə gəlişi ağır fəsadlar yaratmamış bir lider idi. Prinsipcə, o vaxtlar Heydər Əliyevlə müqayisədə, Şevardnadze nisbətən Avropa və Amerikada demokratiyaya simpatiyası ilə seçilirdi. Amma fakt budur ki, belə bir lider illərlə kərpic-kərpic qurduğu və qoruduğu hakimiyyəti gənc Saakaşviliyə təhvil verməli oldu...
Qərb niyə belə davranır? Daha açıq da soruşmaq olar: doğrudanmı demokratiya arxa plana keçib? Qısası, həqiqətənmi regionda baş qaldırmağa cəhd edən zərif demokratiya bənövşəsi enerji layihələrinin Qafqazın sinəsinə çəkdiyi çalın-çarpaz neft-qaz borularının kobudluğu və sərtliyi altında əzilib gedəcək?
Məsələyə kompleks yanaşsaq, görünən budur ki, region ölkələrində ayrı-ayrı liderlər, hətta xalqdan dəstək alsalar da, qərbdən birmənalı dəstək ala bilmirlər.
Nə qədər ki, Georqadze və Qamsaxurdiya tərəfdarları ortadaydı, qərb Tiflisdə dəyişiklik etməyə tələsmirdi. Kimi kimə dəyişəcəkdi? Georqadzenin də, Qamsaxurdiyanın da siyasi orientasiyasından tutmuş, idarəçilik qabiliyyətlərinə qədər hər tərəflərinə bələd idi. Amma 2003-cü ildə az öncə dövlət vəzifəsindən uzaqlaşmış bir gəncin israrla önə çıxması, proseslərin içərisində, daha çox da önündə olmaq cəsarəti, hakim komandada təmsil olunduğu vaxt əsas fiqur olmaması və bu səbəbdən də yarıtmaz siyasətin məsuliyyətini bölüşməməsi faktı, əhalinin maraqlarını açıq müdafiə etməsi və birmənalı siyasi inadı, Şevardnadze kimi nisbətən də olsa demokratik görünən bir liderin istefasına və inqilabi dəyişiklik prosesinə Qərbin dəstək verməsinə gətirib çıxardı.
Yeni şəxs sabitlik, demokratiya və regional maraqlar baxımından Qərb üçün tamamilə yeni və maraqlı bir fiqur idi. Qərb gənc Mixaili sonadək dəstəklədi, dəstəkləməkdə davam edir və sonun nə vaxt olacağı da hələ bilinmir. Müqayisə üçün deyək ki, 1992-93-cü illərdə AXC hakimiyyəti də aşkar qərbmeylli və antirusiya mahiyyətli idi. Amma istər enerji məsələsində, istər də Ermənistanla münaqişənin həlli prosesində heç də Qərbi razı salan siyasət yürütmürdü. Ona görə də “reallığı düzgün qiymətləndirməyən, sentimental-romantik komanda” imici qazanmışdı...
Son seçkilərdə Levon Ter-Petrosyanın Qərbdən dəstək almamasının da oxşar səbəbləri vardı. Əlahəzrət Qərb 1996-cı ildə regionun ən böyük münaqişəsi sayılan Ermənistan –Azərbaycan münaqişəsinin həllinə dair konkret bir variantı masa üzərinə qoydu. Bu plan, təbii ki, hər zaman və dünyanın hər yerində olduğu kimi, hər iki tərəfin güzəştlərini nəzərdə tuturdu. Amma o vaxt hərbi əməliyyatların və döyüşdəki qələbənin eyforiyasından hələ başı açılmamış Ermənistan ictimai rəyini bu güzəştlərin vacibliyinə və labüdlüyünə inandırmaq çox çətin idi. Başqalarından daha mühafizəkar və ümumi maraqlara tabe olmağa daha meylli olan erməni milli şüuru ilə dava açmaq qorxulu perspektivlər vəd edirdi. Planı həyata keçirmək Ter-Petrosyana çətin gəldi və o, “gerçəkliyi dərk edə-edə” (sitat eks-prezidentin özündəndir) istefaya getdi. Nə idi o gerçəklik? Cavabı yenə Levon özü verir – məşhur və tarixi bir fikirlə: “O şeyi ki, bizə bu gün verirlər və biz imtina edirik, sabah yalvarsaq da verməyəcəklər...” Bu həqiqəti Qərb də bilirdi. O halda, dediklərinin həqiqət olduğunu bilə-bilə istefa vermiş bir şəxsi yenidən hakimiyyətə gətirib, ondan nə qazanacaqdı? Yenədəmi ekstremal vəziyyətdə “mən imzalamıram” deyib, yerini başqasına, həm də yeni əlaqələr qurmaq baxımından Qərbə problem yaradan birinə təhvil verəcək?
Azərbaycanda yeni müxalifət haqda söhbətlər zaman-zaman eşidilib. Hakimiyyət elə gözümüzün önündəcə külli miqdarda pul xərcləyib bu yeni müxalifəti yaratmaq üçün. Nədir məqsəd? Yalnız səmimi, ya qeyri-səmimi, əsl və ya oyuncaq müxalifət təşkilatları yaradıb siyasi səhnəyə çıxarmaqmı? Təbii ki, prosesin gedişi və ortada olan nəticələr daha çox oyuncaq müxalifət variantına uyğun gəlir. Amma hakimiyyət də ağılsız deyil, o mənada ki, boş yerə pul xərcləməz. Bu oyuncaqların içərisində və ya arxasında bir oyun da olduğunu düşünmək lazımdır. Pul xərcləyib, dəstək verib siyasətə gətirdiyi adamlar və qüvvələr bir gün elə həmin hakimiyyətin əsl alternativinə də çevrilə bilər. Necə ki, hakimiyyətin içindən onun özünə qarşı müxalifət formalaşır və çıxır. Təsəvvür edək, o qədər pul və dəstək hesabına real gücə çevrilən bir siyasi qüvvə və ya lider nədən sabah başqa arzuya düşməsin?
Azərbaycanda yeni müxalifət qüvvəsi ilə bağlı stereotip düşüncə formalaşıb. Təbii, bu kompleksin içərisinə daxil olan arqument və dəlillər toplusunun çoxu zaman-zaman baş vermiş real hadisələrdən qaynaqlanır. Amma məsələnin başqa tərəfi də var axı! Bu başqa tərəf dediyimiz məhz siyasi arenanın yeniləşməsi, yeni oyun qaydalarının müəyyənləşməsi, siyasi münasibətlərdəki ənənəvi sərt qütbləşmənin nisbətən də olsa, sivil və dinamik bir modellə əvəzlənməsi imkanlarıdır. Bu imkanlar, təbii ki, yeni siyasi qüvvənin, yeni müxalifət konsepsiyasının ortaya çıxmasından birbaşa asılıdır. Bunu ilk növbədə hakimiyyət, ondan sonra da indi müxalifət platformasını təmsil edən qüvvələr istəməlidirlər. Azərbaycanı sevdiyini iddia edən qüvvələrin heç biri isə hələlik belə bir istəkdə olduqlarını duyurmurlar.
Ortaya yeni qüvvələr və yeni simalar çıxmalıdır. Elə qüvvələr ki, cəmiyyətin sərt qütbləşmə vəziyyətində olan tərəflərin heç biri ilə düşmən olmasın. Hakimiyyətə gələcəyi təqdirdə, həmin qüvvə tərəflərin hər birinin konkret maraqlarını ifadə edə bilsin.

Güney Azərbaycanda yaşayan soydaşlarımıza səsləniş!
Əziz həmvətənlər, Güney Azərbaycanda yaşayan soydaşlarımız!
Biz yaxın çevrəmizdə azadlığa susamış insanlar üçün bir “Azadlıq çırağı” yandırdıq. Amma düşündük ki, bu çırağın işığı yalnız bizim əhatəmizi deyil, dünyanın fərqli coğrafiyalarında hüquqi cəmiyyət, qanunçuluq, vicdan azadlığı arzusunda olan başqa insanların da yolunu aydınlatmaqda bir cığır açsın. Təbii, həm məsafəcə, həm kökcə bizə çox yaxın olan - bizimlə eyni millətdən olan Araz çayının o tayındakı milyonlarla hüquqsuz Azərbaycanlı soydaşlarımızı da unutmadıq. İnanırıq ki, bu sitə sizə içində yaşadığınız bir çox sualların cavabını tapmaqda yardım edəcək.
Biz iki yüzilliyin qovşağından keçmiş indiki nəsil tarixdə böyük dəyişmələrin şahidi olduq. Biz gözlərimizlə gördük ki, dünya necə sürətlə dəyişir, zamanla imperiyalar və sərhədlər necə çökür, diktat rejimlər demokratik sistemlərlə necə əvəzlənir. Amma hələ də bu xeyirlə şərin savaşdığı ideyalar mübarizəsində öz nəcib ideallarının qurbanı olan, zorakılıqla üzləşən, söz haqqı əlindən alınan, həbsxanalara atılan milyonlarla insan o böyük, işıqlı günün gələcəyini gözləməkdədir. Yaşadığımız XXI əsrdə adi insan haqlarının müdafiəçisi olanları ağlasığmaz qeyri-insani üsullarla susduran, insanlara öz vətənlərini həbsxanaya çevirən rejimlər həqiqətən dözülməzdir və onların süquta uğrayacağı gün də uzaqda deyil.
“Tarixi qəhrəmanlar yazır “ kəlamı çox uğurlu deyilmişdir. Uzağa getmədən, sizin öz aranızdan çıxmış qəhrəmanların timsalında bu ideyaların qələbə çalacağına inanmamaq haqqımız yoxdur. Azad dünyanı “azadlıq ideyalarının yayılması manifesti” kimi qəbul edən böyük Çex dissidenti Vatslav Havelin dediklərinə əsaslansaq, o tarixi bizim indiki nəslimiz öz zəkası, açıq dünyagörüşü, dünyəvi baxışları ilə yazacaq...
Bu şərəfli tarixin yazılmasında “Azadlıq çırağı”nın işığında dünyanın bütün demokratik ruhlu insanlarının bərabər addımlayacağına inanırıq! Bunun üçün siz soydaşlarımızın təklif və fikirlərini eşitmək istərdik. Fikirlərinizi, məqalələrinizi bizə göndərin, azad düşüncə tərzinin məkanı olan “Azadlıq çırağı” (http://www.azadliqciragi.org) vasitəsilə yaya bilərsiniz.
Hörmətlə,
“Azadlıq Çırağı” işçi qrupu
http://www.azadliqciragi.org/

گزارش فعالان حقوق بشر: سال 1386 سالی پرماجرا برای مطبوعات ایران
منطقه :هیچ کدام
کشور :ایران
عنوان :آزادی مطبوعات
07/05/2008
بر اساس گزارشی که به تازگی به مناسبت سوم ماه مه، روز جهانی آزادی مطبوعات، از طرف فعالان حقوق بشر در اروپا و آمریکای شمالی منتشر شده است ، سال گذشته در هر 36 ساعت یک روزنامه و یا نشریه در ایران بسته شده است.
بر این اساس، در سال 1386، 23 روزنامه نگار دستگیر و 63 نفر به دادگاه احضار شدند و 22 سایت اینترنتی و 19 نشریه در ایران تعطیل شدند. براساس اين گزارش در همين مدت 42 روزنامه نگار محاكمه، و 54 حكم عليه مطبوعات صادر شده است. همچنین در این سال چهار خبرنگار مورد ضرب و شتم قرار گرفتند و سه نفر نیز به مرگ محکوم شدند.
در این حال، بدرالسادات مفیدی، دبیر انجمن صنفی روزنامه نگاران در مصاحبه با روزنامه اعتماد از انتظار متقاضیان تاسیس نزدیک به سه هزار نشریه و روزنامه برای دریافت مجوز خبر داد.
برای خواندن گزارش کامل به این سایت رجوع کنید و یا با این ایمیل تماس بگیرید.
http://www.ijnet.org/Director.aspx?P=Article&ID=307631&LID=5

12 Mayıs 2008 Pazartesi
Sayın Əhmed bəy Obalı!
Ananızın vefatı xəbərini böyük üzüntü hissi ilə qarşıladıq. Sizin kimi dəyərli bir vətən övladını yetişdirən ana, şübhəsiz ki, vətənimiz Azərbaycanın azadlığı uğrunda mübarizə aparan hər bir vətən övladının anasıdır. Anamızın vəfatı münasibeti ile Sizə, kədərli ailənizə və bütün yol yoldaşlarınıza başsağlığı verir, mərhuməyə uca Tanrıdan rəhmət diləyirik.
Azərbaycan Milli Azadlıq Təşkilatı (AMAT) adina:
Cingiz Göytürk

Kaydol:
Kayıtlar (Atom)